Image Slider 2
Image Slider 1
Bakı Musiqi Akademiyası
Image Slider 3
4.jpg
5.jpg
6.jpg
previous arrowprevious arrow
next arrownext arrow
Shadow

 

Tarix və müasirlik

 



Azərbaycan Respublikası Prezidentinin Sərəncamları


FƏLSƏFƏ DOKTORU İMTAHANLARININ PROQRAMLARI

AZƏRBAYCANIN REGİONLARI ÜÇÜN MƏKTƏB-STUDİYANIN 2021-2022-ci TƏDRİS İLİNDƏ PULSUZ ONLAYN USTAD DƏRSLƏRİ


Cari ildə ikinci ixtisas olaraq, əlavə təhsil almaq istəyənlər qeyd olunan elektron ünvandan qeydiyyatdan keçə bilərlər!

Elan!

Müəllim və tələbələrin nəzərinə!


ORTA İXTİSAS MUSİQİ MƏKTƏB-STUDİYASINA MƏKTƏBƏQƏDƏR VƏ KİÇİK YAŞLI MƏKTƏBLİ UŞAQLARIN QƏBULU ÜÇÜN ÖDƏNİŞSİZ HAZIRLIQ KURSLARI TƏŞKİL EDİR

БАКИНСКАЯ МУЗЫКАЛЬНАЯ АКАДЕМИЯ ОРГАНИЗУЕТ БЕСПЛАТНЫЕ ПОДГОТОВИТЕЛЬНЫЕ КУРСЫ ДЛЯ ДЕТЕЙ ДОШКОЛЬНОГО И МЛАДШЕГО ШКОЛЬНОГО ВОЗРАСТА ДЛЯ ПОСТУПЛЕНИЯ В СРЕДНЮЮ СПЕЦИАЛЬНУЮ МУЗЫКАЛЬНУЮ ШКОЛУ-СТУДИЮ


Ali məktəb, musiqi kollecləri, incəsənət məktəbləri, VII və XI illik uşaq musiqi məktəblərinin müəllimləri üçün MÜƏLLİMLƏRİN İXTİSASARTIRMASI ÜZRƏ (ƏYANİ VƏ DİSTANT)
P R O Q R A M
təyin edilmişdir.

İxtisas imtahanının proqram tələbləri


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası aşağıdakı kafedralarda vakant yerləri tutmaq üçün müsabiqə elan edir

2024-cü il 7-8 may tarixində Ü.Hacıbəyli adına BMA-ı Ümummilli lider Heydər Əliyevin ad gününə həsr olunmuş “İSLAM DÜNYASININ MƏDƏNİ İRSİNİN QORUNMASI” mövzusunda SABAH qrupları, bakalavr və magistr tələbələrin Beynəlxalq elmi-praktiki konfransını keçirir.


QARA QARAYEV adına VI RESPUBLİKA ELMİ-İFAÇILIQ MÜSABİQƏSİ

ABİTURİYENTLƏRİN VƏ YUXARI SİNİF (V,VI,VII,VIII,IX,X) ŞAGİRDLƏRİNİN NƏZƏRİNƏ!


Elm və Təhsil Nazirliyinin SABAH (bakalavriat) qruplarında 2023/2024–cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur!

29 dekabr 2023-cü il tarixindən etibarən beş həftə olmaqla, 2023-2024-cü il tədris ilinin payız semestr imtahan sessiyası təşkil olunur.


Sevinc Məzahir qızı Quliyevanın “Azərbaycan bəstəkarlarının fortepiano yaradıcılığında milli üslub xüsusiyyətləri (aşıq musiqisi əsasında)” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi

Leyla Təhməz qızı Zalıyevanın “Azərbaycan bəstəkarlarının opera əsərlərində xormeyster iş üslubu və xor səhnələrinin həlli yolları” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi


"Azərbaycan cazı: tarix və müasirlik" mövzusunda dəyirmi masa
30 aprel 2024-cü il
Saat:13:00-15:00
Q.Qarayev adına Konfrans zalı

Qarabağın dirçəlişi – ekolayihələr

Müsabiqədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri iştirak edəcəklər.


Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri mövzusunda Beynəlxalq elmi-praktik konfrans
25-26 aprel 2024-cü il
Saat: 11:00 Q.Qarayev zalı

Ü.Hacıbəyli adına BMA-nın Bəstəkarlıq kafedrasının tələbələrinin əsərlərindən ibarət HESABAT KONSERTİ
29 aprel 2024-cü il
Saat: 13:00 Böyük zalı


Təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə 22 aprel-18 may 2024-cü il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Tədris olunan ixtisaslar üzrə (yuxarı sinif şagirdləri, abituriyent, ixtisasartırma, məsləhət və s.) açıq qapı və ustad dərsləri günləri keçiriləcəkdir.


 "Yeni adlar" layihəsi çərçivəsində konsert Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri
26 aprel 2024-cü il Saat:19:00


26 aprel 2024-cü il tarixində saat 10:30-da Ü.Hacıbəyli BMA-nın Böyük zalında dünya şöhrətli ustası Dmitri Sitkovetski (Böyük Britaniya) tərəfindən ustadlıq dərsi küçiriləcəkdir.
Ustadlı dərsində D.Sitkovetskiyə BMA-nın fəxri prifessoru diplomu təqdim olunacaqdır. Saat 13:00-da BMA-nın professor, müəllim və tələbə heyətinin Böyük Zalda iştirakları mütləqdir.


25 noyabr 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmış "Təhsil Tələbə Krediti Fondu"nun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi üçün elektron müraciətlərin qəbuluna başlanılmışdır.


Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və "Mədəniyyət" kanalında təcrübə keçmək istəyən tələbələrin Bakı Musiqi Akademiyasının Tələbələrlə iş üzrə şöbəsinin mütəxəssisi İlahə Allahverdiyevaya müraciət etmələri xahiş olunur!


 

 

 

Bakı Musiqi Akademiyası

bir çox nailiyyətlər və qələbələr əldə edərək çətin yollar

keçmişdir:  milli musiqi mədəniyyətinin uğurlu inkişafına köməklik göstərmiş

və respublikadan uzaqlarda da rəğbət və hörmət qazanmışdır.

 

 

  • 1
  • 2

12 fevral 2021-ci il

Üzeyir  Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Müasir dövrdə informasiya müharibəsi problemləri və onun təsiri” adlı II vebinarı keçirdi

Azərbaycan 2020-ci ilin 27 sentyabrında başlayan  44 günlük vətən müharibəsində Ermənistan ordusunu məğlub edərək şanlı tarix yazdı. Ermənistan Respublikası tərəfindən 30 ilə yaxındır davam edən işğalçılıq siyasəti Azərbaycan Respublikasının Ali Baş Komandanı və Müzəffər Azərbaycan Ordusunun qətiyyəti ilə dəf olundu. Lakin düşmən tərəf informasiya müharibəsini davam etdirməkdədir. Bununla əlaqədar olaraq ölkəmiz haqqında informasiyanı dünyaya çatdırmaq, gənc nəslin düşmənə qarşı məlum informasiya müharibəsindəki aktivliyini düzgün istiqamətləndirmək məqsədilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri üçün “Müasir dövrdə informasiya müharibəsi problemləri və onun təsiri” adlı 12 fevral tarixində onlayn 2-ci vebinar keçirildi.

İlk öncə vebinarın icraçısı, Azərbaycan Respublikasının Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova giriş sözü ilə çıxış edərək Azərbaycan və SSR Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəylinin salamlarını və bu mövzunun onun üçün önəmini vurğulayaraq xoş arzularını vebinar iştirakçılarına çatdırdı. Yeganə Axundova da öz növbəsində məsələyə münasibətini bildirərək, vebinarı açıq elan etdi.

Sonra vebinarda Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin  dekanı Vüqar Zifəroğlu "Müasir dövrdə media manipulyasiya və informasiya müharibəsi", "Media məkanımıza müdaxilədə başlıca hədəflər", “Dezinformasiya ilə mübarizə”, “Eyni xəbərin fərqli təqdim olunma üsulları”, “Vacib mövzularda güvənilən və rəsmi xəbər mənbələrinə müraciətin önəmi”, mövzuları ilə ətraflı çıxış etdi. O, informasiya müharibəsində gənclərin sosial şəbəkələrdə necə aktiv olmaları haqqında və informasiya mübadiləsi  zamanı düşmənin hədəfinə çevrilməmək, qarşı tərəfdən manipulasiya edilməmək üçün diqqətli olmağın vacib olduğunu vurğulayaraq maraqlı  tövsiyələr verdi. Qeyd edək ki, bu mövzu ilə bağlı ilk vebinar dekabr ayında keçirilmişdir, BMA-nın müəllim-tələbə heyətinin çoxsaylı istəklərini nəzərə alaraq əməkdar jurnalist Vüqar Zifəroğlunu dəvət edərək ikinci vebinar təşkil olundu.

Vebinar diskussiya formatında keçirildi. Görüşdə BMA-nın professor-müəllim heyətindən, professor Mina Hacıyeva, dosent Xatirə Həsənzadə, BMA-nın Elmi laboratoriyasının müdiri, dosent Nuridə İsmayılzadə öz təcrübələrini bölüşərək bu qlobal məsələyə dair fikirlərini söylədilər. Müəllim və tələbələr qonağa suallar ünvanlayıb, müasir dövrdə çox böyük önəm daşıyan informasiya müharibəsi problemləri və onun həlli ilə bağlı birgə fəaliyyət üçün maraqlı təkliflər irəli sürərək gələcəkdə bu istiqamətdə  birgə qarşılıqlı layihə həyata keçirməyin zəruriliyini qeyd etdilər. Həmçinin BMA-nın işçi heyətindən Xarici tələbələrlə iş üzrə şöbə müdiri Vüqar Hümbətov, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, baş müəllim Günel Eyvazzadə, Fortepiano fakültəsi tyutoru, f-no orqan klavisin kafedrasının müəllimi Gülnar Mirqasım, Beynəlxalq əlaqələr şöbəsinin layihələr üzrə mütəxəssisi Zülfiyyə Şəfiyeva, , Fortepiano İfaçılıq və Tarix-nəzəriyyə fakültələrinin tələbə heyəti də vebinarda dinləyici qismində iştirak etmişlər. Tələbə heyəti də öz növbəsində aktiv iştirak edərək, əldə etdikləri məlumatlardan məmnun qaldıqlarını, belə vebinar və layihələrin davamlı olmasını arzuladıqlarını bildirdilər.

Müasir dövrdə informasiya müharibəsi problemləri və onun təsiri” vebinarının moderatoru Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi, bəstəkar Röya Hüseynova olmuşdur.

 

Bakı Musiqi Akademiyasında məzun günü.

  • Elektron təhsil resursları

    Elektron təhsil resursları

    Bu dərs vəsaitlərinin əsas fərqləndirici xüsusiyyəti – Azərbaycan musiqi təhsili ənənələrinin, bu sahədə çalışan müəllimlərin və tələbələrin zəngin təcrübəsinin, ən yeni kompüter texnologiyaları ilə uzlaşdırılmasından ibarətdir...

    Daha ətraflı

  • Musiqiçilər gülür

  • Dostluq şarjları


Bu bölmə Azərbaycan musiqiçilərinin incə yumoruna həsr olunub. Parlaq hazırcavablıq, əyləncəli paradokslar, gülməli vəziyyətlər, həyatda baş verən maraqlı hadisələr - bütün bunlar burada xatirələr vasitəsilə öz əksini tapır, onlarla təmasda olan hər kəsə çoxlu şən dəqiqələr yaşadır.
Daha ətraflı

Musiqi anı

- Atacan, mənə baraban al!
- Oğlum, imkan ver dincəlim, işimdə barabansız da o qədər səs-küy var ki.
- Atacan, al! Mən barabanda ancaq sən yatandan sonra çalacağam.
Daha ətraflı