• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Maılova Adilə Hüseyin qızı

    Baş müəllim

    Doğum yeri və tarixi: Azərbaycan,Bakı şəh, 27.09.1951

    Təhsil: Bülbül adına orta ixtisas musiqi məktəbi (1958-1969) fərqlənmə diplomu ilə, Üz. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının “Fortepiano”ixtisası (1969-1974) fərqlənmə diplomu ilə,N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının aspiranturası ( 1978-1981) fərqlənmə diplomu ilə.

    Pedaqoji fəaliyyəti: Aspiranturanı bitirdikdən sonra A.Maılova solist, ansambl ifaçısı və konsertmeyster kimi fəaliyyətə başlayıb ( 1981). Üz. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında konsertmeystr (1974-1980). Azərbaycan Dövlət Konservatoriyasının “Ümumi fortepiano” kafedrasında müəllim (1981). Eyni zamanda “İxtisas fortepiano” kafedrasında işləyib. Baş müəllim (1985), dosent vəzifəsində işləyib (1995). Misir Ərəb Çumhuriyyətində Qahirə İnçəsənət Akademiyasında işləmişdir (1997-2012).
    A.Maılova- Musiqi ifaçıların V Zaqafqaziya müsabiqəsi ifaçı kimi (1977), Ü.Hacıbəyovun 100 illiyinə həsr olunmuş VIII Zaqafqaziya müsabiqəsinin fəxri Diplomantı konsertmeystr kimi (1985).
    Elmlər Akademiyasının nəzdindəki Memarliq və İnçəsənət İnstitutunun dissertantı olmuşdur.(2000-2005) AAK-nın qərarı ilə sənətşünaslıq namizədi elmi dərəcəsinə layiq görülüb (2005).

    Elmi fəaliyyəti: “Становление и развитие музыкально-исполнительского творчества К.К.Сафар-Алиева». 1 monoqrafiya- “Становление и развитие музыкально-исполнительского творчества К.К.Сафар-Алиева».Monoqrafiya. B., “Adiloglu”,2003, -140 s, dərs vəsaiti- Музыкально-исполнтельский анализ «9 Вариаций» для фортепиано Эртогрола Джавида, посвящённые Уз. Гаджибейли, bir neçə metodik tövsiyə 16-dan çox elmi məqalələrin müəllifidir.
    Adilə Maılova aktiv konsert yaradıclığında yüksək peşəkarlıq nümayiş etdirərək nəinki Respublikamızda həmçinin xarici ölkələrdə keçirilən konsertlərdə və müsabiqələrdə böyük uğurlarla çıxış etmişdir. Bununla bağlı dəfələrlə Fəxri fərman və Diplomlarla təltif edilmişdir..
    “Зарубежная деятельность представителей Азербайджанской фортепианной школы” sənətşünaslıq namizədi Y.Sayutkinin adlı monoqrafik oçerk- kitabında azərbaycan musiqiçisi A.Mailova haqqında geniş məqalə yazmışdır. Bakı-2016
    35 illik pedaqoji fəaliiyəti nəticəsində A.Mailovanın sinfini 100 –dən çox tələbə bitirib. Onların arasında pianoçular, musiqişünas, bəstəkar, dirijor, vokal və s. ixitsaslar üzrə təhsil alan tələbələr də var.