• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Cavadova Tofiyə Tofiq qızı

    Dosent

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəhəri, 01.02.1968

    Təhsil: Bülbül adına orta ixtisas musiqi məktəbi (1975-1985),Uz. Hacıbəyli adına, Azərbaycan Dövlət Konservatoriyasının “Fortepiano” ıxtisası (1986-1991).

    Pedaqoji fəaliyyəti: ADK-nın nəzdindəki Məktəb-studiyada müəllim (1991), ADK-nın“Ümumi fortepiano” kafedrasında müəllim(1993), baş müəllim (2003), dosent (2009)

    Elmi fəaliyyəti: Cavadova T bir çox məqalələrin, proqramların, “Музыкально-исполнительский артистизм: сущность, содержание и дидактические основы формирования“, “Сценическое волнение в практике музыкально-исполнительского искусства“, “Ceyhun Allahverdiyevın fortepiano üçün iki lövhə və sonatinanın metodik təhlili“ “Формирование музыкально-исполнительской культуры студентов” kimi metodik tövsiyələrin müəllifidir.