• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Abbasova Nuridə Mərdan qızı

     Dosent

    Doğum yeri və tarixi: Azərbaycan, Naxçıvan şəhəri, 15.09.1968

    Təhsil: Üz. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının “Fortepiano” ixtisası (1985-1990).

    Pedaqoji fəaliyyəti: Bakı Musiqi Akademiyasında konsertmeyster (1991), “Ümumi fortepiano” kafedrasında müəllim (1994), baş müəllim (1998), dosent (2013).

    Elmi fəaliyyəti: “Azərbaycan bəstəkarlarının ikili konsertlərinin janr üslub xüsusiyyətləri” adlı sənətşünaslıq dissertasiyasını 2011-ci ildə müdafiə edib. Müxtəlif toplularda yerli və xarici mətbuatda məqalələr çap etdirir.
    “Azərbaycan bəstəkarlarının ikili konsertlərinin janr üslub xüsusiyyətləri” mövzusunda dərs vəsaitini xüsusi qeyd etmək lazımdır.
    Dərs və metodik vəsaitlərin, tədris proqramlarının, çoxsaylı məqalələrin müəllifi, bir sıra elmi konfransların iştirakçısıdır.