• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Bəylərbəyova Səbinə Eldar qızı

    Müəllim

    Doğum yeri və tarixi: Azərbaycan, Gəncə şəh., 15.11.1981.

    Təhsil: 2000-2004-cü illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasında bakalavr pilləsini bitirmişdir. 2004-2006-cı illərdə Orqan və klavesin kafedrasının magistr pilləsini, 2006-2008-ci illərdə orqan ixtisası üzrə assistent-stajorluğunu bitirmişdir. 2005-ci ildə Rusiyanın Moskva şəhərində keçirilən Orqan İfaçılarının Valeriy Kikta adına I Beynəlxalq müsabiqəsində iştirak etmiş və həmin müsabiqənin laureatı və diplomantı adına layiq olmuşdur (Azərbaycanda ilk dəfə).

    Pedaqoji fəaliyyəti: 2005-2008-ci illərdə Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasında baş laborant vəzifəsində, 2006-2008-ci illərdə 28 saylı Uşaq Musiqi məktəbində müəllim, 2006-2008-ci illərdə Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasında müəllim vəzifəsində çalışmışdır. 2009–cu ildə Norvecdə orqan ixtisası üzrə özəl stajirovka keçmişdir. 2010–2012-ci illərdə Norvecdə orqanist və musiqi müəllimi vəzifəsində çalışmışdır. 2012-ci ildən Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasında müəllim vəzifəsində çalışır.

    Elmi fəaliyyəti: Həm Azərbaycanda, həm xaricdə (İran, Rusiya, Norvec, isveç) konsertlərdə iştirak etmişdir.