• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Fortepiano fakültəsi

    Orqan və klavesin kafedrası. Tarix

    Orqan alətinin yaranmasının kökləri çox qədim zamanlara gedərək Şərq dünyasıyla bağlı olmuşdur. Maraqlıdır ki, bu alətin professional məktəb kimi formalaşması və inkişafı məhz Azərbaycanda baş verir.

    Orqan ifaçılıq sənətinin təşəkkülü azərbaycanlı xanımı, professor, Əməkdar incəsənət xadimi Zəhra Cəfərovanın adıyla bağlıdır. 1961-ci ildən Üzeyir Hacıbəyov ad. Azərbaycan Dövlət Konservatoriyasının /indiki BMA/ fortepiano şöbəsi nəzdində orqan sinfi fəaliyyətə başlayır. Konservatoriyanın rektoru, prof. F.Bədəlbəylinin qərarıyla, artıq 1995-ci ildən “Orqan və klavesin” kafedrası kimi yeni həyata vəsiqə alır. Zəhra xanımın təşəbbüsü ilə artıq 1961-ci ildə konservatoriyada “Lahmann” firmasının kiçik tədris orqanı, daha sonra 1964-cü ildə ADK-nın Böyük zalında “Eule-Bautzen” firmasının istehsalı olan konsert orqanı, 1990-cı ildə isə Kamera və orqan musiqi zalında “Rieqer-Closs” firmasının istehsalı olan konsert orqanı quraşdırılır. Məhz bu illərdən başlayaraq Azərbaycan bəstəkarlarının bu alət üçün bir-birindən seçilən özünəməxsus əsərləri yazılır.

    Ardını oxu...

     

     

    Müəllimlər siyahısı

     Yaqubova Tahirə Əhəd qızı

    Kafedra müdiri, professor, əməkdar incəsənət xadimi

    Babayeva Rasimə Əhməd qızı

    Professor, əməkdar müəllim

    Aşumova Afaq Fazil qızı

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Abutidze Nelli Nikolayevna

    Dosent, pedagoji elmlər nəmizədi

    Qasımova Zəkiyyə Əlibəy qızı

    Baş müəllim

    Abdullayeva Xurşid Lütfəli qızı

    Müəllim, Əməkdar artist

    Bəylərbəyova Səbinə Eldar qızı

    Müəllim