• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


     Ağamalızadə Müzəffər Məmməd İbrahim oğlu

    Müəllim, Xalq artisti

    Ağamalızadə Müzəffər Məmməd İbrahim oğlu 1940-cı il Bakı şəhərində anadan olub.

    1958-1960-cı illər ərzində Azərbaycan Dövlət Opera və Balet simfonik orkestrində çalışmağa başlayıb. 1959-1964-cü illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fleyta sinfinə daxil olub.

    1961-72-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrində solist olaraq çalışıb.

    1972-75-ci illərdə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrində solist olaraq çalışıb.

    1965-ci ildən başlayaraq A.Zeynallı adına musiqi texnikomunda müəllim olaraq çalışmağa başlayıb.

    1975-78-ci illərdə Əlcəzair Dövlət Konservatoriyasına həm orkestrdə solist kimi, həm də müəllim olaraq ezam edilib.

    1979-cu ildən başlayaraq bu günə kimi Azərbaycan Dövlət Konservatoriyasında “Nəfəs və Zərb alətləri” kafedrasında çalışıb.

    1992-2002-ci illərdə Türkiyyə Edirnedə Trakya Universiteti Dövlət Konservatoriyasında, 1995-ci ildən Ankara Bilkənt Universitetində müəllim olaraq çalışıb.

    1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2005-ci ildə xalq artisti fəxri adları verilib.