• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Axundova-Dadaşzadə Zümrüd Araz qızı

    Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət  xadimi

    Doğum yeri və tarixi:      Azərbaycan, Bakı şəh., 02.06.1962.

    Təhsil:     1969 -1980-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi məktəbi, 1980-1985 ci illərdə Ü.Hacıbəyov ad. Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsi, fərqlənmə diplomu; İxtisas: musiqişünas, müəllim, musiqi tənqidçisi;

    1989-1992-ci illərdə AMEA-nın aspiranturasında (qiyabi) təhsil alıb.

     

    Pedoqoji fəaliyyəti: 1988-ci ildən  BMA-nın “Musiqi tarixi”   kafedrasında çalışır. 2013-cü ildən kafedranın professorudur.

    Azərbaycan Respublikasının Əməkdar İncəsənət  xadimi (2011).

     

    Elmi fəaliyyəti: 1997-ci ildə “Azərbaycan simfoniyası:1960-1980-ci illər” mövzusunda dissertasiyanı müdafiə edərək  sənətşünaslıq  namizədi alimlik dərəcəsini alıb. Elmi rəhbər – AMEA-nın müxbir üzvü, elmlər  doktoru, professor Zemfira Səfərova.

    Bəstəkarlar İttifaqının üzvü (1987).  Müxtəlif toplularda yerli və xarici mətbuatda  məqalələr çap etdirir və konfranslarda çıxış edir. 5 elmi kitabın, dərs vəsaitinin və metodik tövsiyyələrin müəllifidir.