• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Nəsirova Könül Yasif qızı

    Kafedrası müdiri, BMA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri və tarixi:   1968 –ci  il Bakı şəhəri.


    Təhsil:    1975 - 1986 ci illlər  -  Bülbül adına orta ixtisas musiqi məktəbi        

    1986–1991 - Ü. Hacıbəyov adına Azərbaycan Dövlət   Konservatoriyasının musiqi – nəzəriyyə fakultəsi.  İxtisası: musiqişünas, müəllim  və tədqiqatçı; fərqlənmə diplomu;

    1991–1996 - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dissertantı.

    Pedoqoji fəaliyyəti:     1991-ci ildən bu günə qədər Ü.Hacıbəyov adına ADK-nın (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) “Musiqi tarixi” kafedrasının müəllimi, baş müəllimi (1998), dosenti (1999), professorudur (2014). Musiqişünasların diplom və buraxılış işlərinə, magistr dissertasiyalarına rəhbərlik edir;


    Elmi fəaliyyəti:      “Q.Qarayev melodikasının xalq – milli mənbələri” adlı sənətşünaslıq dissertasiyasını (Elmi rəhbəri – Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor A. Tağızadə) 1997 – ci ildə  Azərbaycan Milli  Elmlər  Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda müdafiə edib.


    Bir neçə monoqrafiyanın müəllifidir:
    “Qarayevin melodikası”. Bakı, “Şərq – Qərb”, 2000.
    F.Əmirovun “Min bir gecə baleti”. Bakı, “Təhsil”,  2005.
    Şərəfli ömür . Bakı, “Nurlan”, 2009.


    Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
    Müxtəlif toplularda yerli və xarici mətbuatda  məqalələr çap etdirir; Respublika və Beynəlxalq konfransların iştirakçısıdır.


    Tədris ədəbiyyatı:   XX əsr musiqisinin inkişaf yolları. Bakı,  2004 (metodik    vəsait).  Tədris olunan fənnlər üzrə bir sıra proqramlar.