• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


     Sadıqzadə Maya Nəsir qızı

    Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 1958.

    Təhsili: 1976-1981-ci illər ərzində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano sinfi üzrə Azərbaycan Respublikasının əməkdar müəllimi Y.M.Sabayev və N.H.Sultanovun siniflərində təhsil almış və Konservatoriyanı fərqlənmə diplomu ilə bitirmişdir.

    Pedaqoji fəaliyyəti: 1981-ci ildən pedaqoji fəaliyyətə başlamışdır. 1984-cü ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində olan Ş.Məmmədova adına opera-studiyasında konsertmeyster kimi fəaliyyət göstərmişdir. 1996-cı ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında kamera ansamblı kafedrasında müəllim kimi işləməyə başlamışdır. Hal-hazırda professor vəzifəsində çalışır.

    Konsert fəaliyyəti: Bir çox ölkələrdə müsabiqələrdə, konsert və festivallarda  iştirak etmişdir: Azərbaycan və Avropa bəstəkarların əsərlərindən ibarət Konsert (Violin - M.Əhədzadə ilə birgə), R. Həsənovanın yaradıcılıq axşamı “Merac gecəsi”, “Dəniz” iki fortepiano və bas klarnet üçün fantaziya (ilk ifa),T.Bakıxanovun yaradıcılıq axşamı. Fortepiano üçün prelüdlər, Sadıqzadə M.N. sinif konserti. L.V.Bethoven, K.Debüssi, E.Qriq, İ.Bramsın əsərləri, A. Vivaldi-İ.S.Bax Orqan üçün konsert a moll, Sadıqzadə M.N. sinif konserti. K.Debüssi, E.Qriqin A.Şnitkenin əsərləri və s. Beynəlxalq müsabiqələr laureatıdır. 

    2001-ci ildə İsveçrədə keçirilən fortepiano duetlərin beynəlxalq seminarında diploma təltif olunmuş, 2003-ci ildə isə Yaponiyada keçirilən beynəlxalq festivalda yüksək ifaçılıq nümaiş etmişdir.

    2006-cı il Norveç-Oslo. E.Qriq adına  Beynəlxalq müsabiqə 2-ci yer.

    2008-ci il İtaliya-Raqusa.  “İbla Grand Prize” , “Prokofiev-Kabalevski-Bartok” laureat.

    Elmi fəaliyyəti: Dərs vəsaiti (monoqrafiya) - « Исполнительская интерпретация фортепианной музыки Азербайджанских композиторов в аспекте современной техники письма (1975-2000 гг.)»  Mütərcim nəşriyyatı. Bakı, 2014. 152 s. 

    Metodik tövsiyyə - «Фарадж Караев. Соната для двух испольнителей». Bakı 2008. S.20.

    Metodik tövsiyyə - Рахиля Гасанова. Фантазия «Дениз». Bakı 2008, Məqalə - «Проблемы интерпретации современной музыки». «Kültür evreni» Beynəlxalq dərgisi. Ankara-Türkiyə. 2009, №4.

    Proqram - «Kamera ansamblı fənni üzrə instrumental ifaçılıq ixtisasının bakalavr və magistr dərəcəsi alan tələbələr üçün». Bakı 2011. RSXM-nin mətbəəsi.

    «Новые тенденции в интерпретации музыки ХХ века» Gənc tədqiqatçıların Ümummilli respublika elmi konfransında iştirakı
    «Соната для двух исполнителей Ф.Караева (исполнительский анализ и методические рекомендации)», Bakı-2010, 6-7 may.