Fortepiano, orqan və klavesin kafedrasının əsasnaməsi
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Elmi Şurasının 29.05.2015-ci il
tarixli iclasında (protokol № 9 qəbul edilmişdir)
ƏSASNAMƏ
1.1 Kafedra ali məktəbin (fakültənin) əsas tədris-elm strukturu bölməsi olub, müxtəlif ixtisaslı tələbələr üçün (musiqişünas, bəstəkar, xor/dirijor, simli, nəfəs və zərb, solo oxuma, orqan, klavesin, caz) ümumi fortepiano fənni üzrə tədrisini, elmi-metodiki, elmi-ifaçılıq və elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisaslarının artırılması, təhsil alanlar arasında tərbiyə işlərinə ciddi nəzarəti həyata keçirir.
1.2 Kafedranın kollektivi Azərbaycan Respublikası qanunvericiliyinə, Təhsil Qanununa, ali məktəblər haqqında Əsasnaməyə, ali məktəbin (BMA) Nizamnaməsinə əsasən, attestasiyası qaydalarına uyğun olaraq ali təhsil müəssisəsinin professor-müəllim heyətinin vəzifələrə seçilməsini formalaşdırır və fəaliyyət göstərir.
1.3 Kafedraya ümumi rəhbərlik, bir qayda olaraq elmi dərəcəsi və fəxri adı olan kafedra müdiri tərəfindən həyata keçirilir.
1.4 Kafedra iclaslarında öz səlahiyyətlərini həyata keçirən orqan, onun kollektividir.
1.5 Kafedra iclasları zərurət olduqca, ayda bir dəfə, lazım olduqda, təxirə salınmaz məsələlərin həlli üçün növbədən kənar (məzuniyyət dövrü istisna olmaqla) çağırılır.
1.6 Kafedranın tərkibinə kafedra, professorlar, dosentlər, baş müəllim və müəllim olan işçilər daxildir.
1.7 Kafedra ən azı 3 professor-müəllim (və ya 3 nəfər elmi dərəcəyə malik) olduqda yaradılır. Kafedranın illik tədris yükü üç min saatdan az olmamalıdır.
1.8 Kafedrada müxtəlif ixtisaslı (musiqişünas, bəstəkar, xor/dirijor, simli, nəfəs və zərb, solo oxuma, orqan, klavesin, caz) tələbələr üçün ümumi fortepiano fənni tədris olunur.
1.9 Kafedra iclaslarına və fənn imtahanlarına, ixtisas yönümlü digər ali məktəblərin, elmi-tədqiqat inistitutlarının, müəssisə və təşkilatların mütəxəssisləri də dəvət oluna bilər.
1.10 Kafedra mövcud qaydada ali məktəb (fakültə) elmi şurasının təqdimatına əsasən rektorun əmri ilə yaradılır və ləvğ edilir.
1.11 Kafedranın professor-müəllim və elmi heyətinin vəzifələrə səçilməsi bir qayda olaraq mövcud əsasnaməyə uyğun müsabiqə yolu ilə həyata keçirilir.
1.12 Kafedranın Əsasnaməsi Ali məktəb haqqında Əsasnaməyə uyğun olaraq hazırlanır və ali məktəbin elmi şurası tərəfindən təsdiq edilir.
KAFEDRANIN ƏSAS VƏZİFƏLƏRİ
2.1 Bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş, fərdi dərsin yüksək səviyyədə aparılması;boloniya sisteminə uyğun olaraq, imtahan qabağı ilkin balların toplanması;
2.2 Kurs üzrə tələb olunan imtahan qabağı ilkin keçid balların toplanması məqsədi ilə keçirilən dinləyişlərin (üzdən oxuma, pyes, ansambl və ya müşayiət etmə) təşkili və keçirlməsi;
2.3 Kafedrada tədris edilən fənn üzrə hər ixtisasa uygun proqramların işlənib hazırlanması
2.4 Dərslik, metodik və dərs vəsaitlərinin, müntəxəbatların hazırlanması;
2.5 Elmi-metodiki işlərinin müzakirəsi, onların çap olunaraq tədris və yaradıcılıq prosesinə daxil olunması;
2.6 Kafedra əməkdaşlarının tədris, elmi-metodiki, elmi-ifaçılıq və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;
2.7 Qabaqcıl təcrübənin öyrənilməsi üçün bu yönümlü ixtisasları tədris edən ali məktəb müəssisə və təşkilatlarla əlaqələrin yaranması;
2.8 Açıq dərsləri təşkili və protokollaşdırılması;
2.9 Akademiyanın tədbirlərində, kafedra müəllimlərinin iştirakının təşkili;
2.10 Sinif konsertlərinin keçirilməsi;
2.11 Sinif konsertlərində fəal iştirak edən, yaxşı nəticə göstərən və seçilən tələbələrin hesabat konsertlərinə çıxarılmasının təşkilini təmin etmək;
2.12 Azərbaycan və dünya şöhrətli bəstəkarların və instrumental ifaçıların xatirə gecələrinin keçirilməsi və hesabat konsertlərinin təşkili;
2.13 Kurs və buraxılış repertuarlarının müzakirə və təsdiq edilməsi;
2.14 Tələbələrin hüquqları nəzərə alınaraq, müəllim seçimlərini təmin etmək;
2.15 Fənn proqramlarının müzakirə və təsdiq edilməsini təmin etmək ;
2.16 Kafedra qarşısında duran vəzifələri yerinə yetirmək üçün öz səlahiyyətləri daxilində digər məsələləri də müzakirəsi və müvafiq qərar;
KAFEDRA İCLASLARI
Kafedra iclaslarında aşağıdakı məsələlər müzakirə və təsdiq edilir:
3.1 Kafedranın fəaliyyəti üzrə, eyni zamanda müəllimlərin, elmi-tədris, yaradıcılıq heyyətinin plan və hesabatları;
3.2 Kafedra tərəfindən tədris olunan fənnin ixtisaslar üzrə tədris vəsaitləri, proqramlar, imtahan repertuarı;
3.3 Müəllimlərin tədris yükü və tədris yükünün bölünməsi;
3.4 Kafedra müdirinin müavinlərinin namizədliyi;
3.5 Elmi-metodiki işlərin müzakirəsi;
3.6 “Ümumi fortepiano” fənninin spesifik xüsusiyyətini nəzərə alaraq proqramlar, sillabuslar, repertuar və imtahan tələbatlarının mütəmadi olaraq redaktə olunması;
Kafedra iclasında qərarlar açıq səsvermə yolu ilə qəbul edilir, tədris – metodiki məsələlərin və kafedra əməkdaşlarının işə qəbul olunması haqqında təqdimatların müzakirəsi, tədris - tərbiyə prosesində iştirak edən kafedra üzvlərinin səsi həlledicidir.
KAFEDRA MÜDİRİ
4.1 Kafedra iclaslarını çağırır, onlara sədrlik edir, onların qərarlarını təsdiq edir;
4.2 Hər il kafedranın fəaliyyəti barədə hesabat təqdim edir;
4.3 Kafedranın işini planlaşdırır və təşkil edir, onun fəaliyyətinə rəhbərlik edir;
4.4 Fakültə və kafedranı kənar təşkilatlarda təmsil edir.
4.6 Kafedra müdirinin müavinləri vəzifələrinə namizədləri təklif edir.
4.7 Kafedranın fəaliyyətinin nəticələrinə görə kafedranın kollektivi, fakültə, ali məktəb elmi şurası və rəhbərlik qarşısında məsuliyyət daşıyır.
4.8 Kafedraya rəhbərliyi qanunvericiliklə müəyyən edilmiş qaydada təyin olunan kafedra müdiri həyata keçirir.
4.9 Kafedra müdiri kafedra müəllimlərinin və tələbələrin dərsə davamiyyətinə, keçirilən dinləyişlərə və imtahanlarına nəzarət edir.
4.10 Kafedra müdiri fərdi dərs cədvəllərinin qurulmasına nəzarət edir.