• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Quliyeva Nərminə Əhməd qızı

    Professor, Əməkdar müəllim, pedaqoji elmlər namizədi, prorektor

    Doğum yeri:    Azərbayсan, Bakı şəh.

    Təhsili:    1979-cu ildə Bülbül adına Orta İxtisas Musiqi məktəbini, 1984-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini (professor O.H.Abasquliyevin sinfi) fərqlənmə diplomu ilə bitirmişdir.

    Pedaqoji fəaliyyəti:    1990-cı ildən Ü.Hacıbəyli adına ADK-nın «Metodika və Xüsusi Pedaqoji Hazırlıq», 1995-ci ildə «İxtisas fortepiano» kafedrasında pedaqoji fəaliyyətə başlayıb, professor (2014), pedaqoji elmlər namizədidir (2007).

    2003-cü ildən 2016 - cı ilə qədər Ü.Hacıbəyli adına BMA-nın "Fortepiano" fakültəsinin dekanı, 2016-cı ildən Tədris işləri üzrə prorektor vəzifəsində çalışır.  Onun sinfində 20-dən artıq Beynəlxalq və Respublika müsabiqələr laureatı, prezident təqaüdçüləri təhsil almışdır.

    Elmi və ifaçılıq fəaliyyəti:    Bir sıra Beynəlxalq və Respublika müsabiqələrin münsiflər heyyətinin sədri və üzvi kimi fəaliyyət göstərib. Bakı, Sumqayıt, Naxçıvan və s. Azərbaycanın bir çox şəhər və rayonlarında ustad siniflər və musiqi maarifçiliyi ilə bağlı layihələr həyata keçirib. Bir sıra Beynəlxalq və Respublika əhəmiyyətli diplom və seprtifikatlarla təltif olunmuşdur. 2011-ci ildə Azərbaycan Respublikasının «Əməkdar müəllimi» adına layiq görülmüşdür.

    60-dan artıq xaricdə və Respublikada çap olunmuş dərs və metodik vəsaitlərin, proqramların, və məqalələrin müəllifidir. 2007-ci ildə « Роль и функция фортепианного ансамбля в музыкальном эстетическом воспитании учащихся детских музыкальных школ » mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqoji elmlər namizədi adına layiq görülüb. Bir sıra Beynəlxalq və Respublika konfransların iştirakçısı olub. Ü.Hacıbəyli adına BMA nəzdində Dissertasiya Şurasının üzvüdür. Respublika və I Elmi-ifaçılıq müsabiqələrinin laureatıdır.

    Fortepiano ansamblı ixtisası üzrə müəllim və konsertmeyster kimi fəaliyyət göstərib. Niyazi, S.Hacıbəyov, F.Mustafayev kimi görkəmli dirijorların rəhbərliyi ilə simfonik orkestrin müşayiəti ilə Az.Dövlət Filarmoniyasında, Kamera və Orqan zalında, R.Behbudov ad. Mahnı teatrında və başqa səhnələrdə çıxış edib.
    Beynəlxalq və respublika müsabiqələrində münsiflər heyyətinin sədri və üzvi kimi iştirak edib.