• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Bədəlbəyli Fərhad Şəmsi oğlu

    Professor, SSRİ və Azərbaycanın Xalq artisti, rektor

    Doğum yeri: Azərbaycan, Bakı şəh.

    Təhsili: 1955-1965-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano şöbəsində, 1965-1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfində), 1969-1971-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında (Y.Zak və B.Davidoviçin siniflərində) təhsil almışdır.

    Pedaqoji fəaliyyəti:  1971-ci ildə Moskva Dövlət Konservatoriyasının aspiranturasını fərqlənmə diplomu ilə bitirdikdən sonra əmək fəaliyyətinə pedaqoq kimi Azərbaycan Dövlət Konservatoriyasında başlayan Fərhad Bədəlbəyli 1971-1973-cü illərdə müəllim, 1973-1976-cı illərdə baş müəllim, 1976-1983-cü illərdə dosent, 1983-cü ildən professor və 1991-ci ildən rektor vəzifəsinə qədər yüksəlmişdir.  F.Bədəlbəylinin yetirmələri sırasında Beynəlxalq müsabiqələr laureatları, xalq artistləri (M.Adıgözəlzadə, M.Hüseynov və b.) var.
     
    İfaçılıq və elmi fəaliyyəti:   F.Bədəlbəyli Beynəlxalq müsabiqələrin qalibi və laureatıdır. B.Smetana adına (III dərəcəli mükafat və B.Smetana əsərlərin ən yaxşı ifasına görə xüsusi priz, Çexoslovakiya, 1967-ci il) Viana da Mota adına Pianoçuların IV Beynəlxalq müsabiqəsi (I dərəcəli mükafat, Portuqaliya, 1968-ci il). 

    Dünyanın 50-dən çox ölkəsində (ABŞ, Almaniya, Fransa və b.) konsert proqramları ilə çıxış edib.  Onun dövri mətbuatda ayrı-ayrı elmi-nəzəri toplularda, habelə Azad Mirzəcanzadə ilə birlikdə yazdığı "Musiqi çələngi" adlı kitabında təkcə musiqimizin aktual problemləri deyil, həmçinin ictimai-siyasi proseslərə münasibəti, eləcə də müxtəlif məsələlərə dair baxışları geniş şəkildə öz əksini tapmışdır.  Çox saylı monoqrafiyaların, dərsliklərin, metodik vəsaitlərin redaktorudur. F.Bədəlbəyli bir çox janrda yazılan əsərlərin müəllifidir.

    İctimai-siyasi fəaliyyəti:  Müxtəlif qurultay və konfranslarda çıxış edib. 1987-1996-cı illər ərzində öz təşəbbüsü ilə yaradılan Bakı İncəsənət Mərkəzinin, həmçinin Musiqi Xadimləri İttifaqının rəhbəri (1989-cu ildən), 1995-ci ildən Azərbaycan Respublikası Mədəniyyətinin Dostları Fondunun üzvi olmuşdur.

    1971-ci ildə "Əməkdə fərqlənməyə" görə medalı, 1972-ci ildə Azərbaycan SSR-in əməkdar artisti, 1971-1973-cü illərdə Lenin komsomolu mükafatı, 1978-ci ildə Azərbaycan SSR xalq artisti, 1983-1985-ci illərdə Dövlət Mükafatı, 1990-cı ildə SSRİ xalq artisti, 1997-ci ildə Şöhrət ordeninə, 2000-ci ildə Fransanın "Şevalye" Dövlət mükafatı və başqa mükafatlara layiq görülmüşdür. 

    Qəbələ Musiqi Festivalların bədii rəhbəri və pianoçuların müsabiqələrinin sədridir. Azərbaycanda və xarici ölkələrdə ustad-dərslərində iştirak edib.  Müxtəlif Respublika və Beynəlxalq müsabiqələrin münsiflər heyyətinin sədri və üzvidür.

     

    CD disk

    CD disk "Farhad BAdalbeyli. My piano."

    CD disk

    CD disk "Farhad Badalbeyli. My Baku"

    CD disk

    CD disk "Azerbaycani piano concertos"