• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Hacıyeva Sevil İnşalla qızı

    Dosent, əməkdar incəsənət xadimi

    Doğum yeri və tarixi:    Azərbaycan, Bakı şəh., 1975.

    Təhsil:    1982-1993-ci illərdə Q.Q.Şaroyev adına Musiqi məktəbində təhsil almış.

    1993-1997-cü illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının xor dirijorluğu fakültəsində bakalavr pilləsi,

    1997-1999-cu illərdə isə magistr pilləsi üzrə təhsil almışdır.



    Pedaqoji fəaliyyəti:    1999-cu ildə Bakı Musiqi Akademiyasının xor dirijorluğu kafedrasına assistent vəzifəsinə işə qəbul edilmiş, 2000-ci ildən müəllim,

    2003-cü ildən Teatrın baş xormeysteridir. Onun rəhbərliyi altında Teatrın xor kollektivi həm milli, həm də klassik opera tamaşalarında yüksək peşəkarlıq nümayiş etdirirlər.

    2005-ci ildən baş müəllim vəzifələrində çalışmış,

    2014-cü ildə isə müsabiqə yolu ilə dosent vəzifəsinə keçirilmişdir.

    Pedaqoji fəaliyyətlə yanaşı Sevil Hacıyeva həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışır.