• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    İmanova Gülbacı Əliəkbər qızı

    Kafedra müdiri, professor, xalq artisti, əməkdar incəsənət xadimi

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 1956.

    Təhsil: O, 1980-cı ildə Azərbaycan Dövlət Konservatoriyasını xor-dirijorluğu ixtisası üzrə bitirmişdir.

    Pedaqoji fəaliyyətə elə həmin ildən A.Zeynalı ad. Bakı Musiqi Texnikumunda xor müəllimi kimi başlamışdır.

    1989-cu ildə o, Bakı Musiqi Akademiyasının nəzdində Ş.Məmmədova ad. Opera studiyasına xormeyster vəzifəsinə qəbul olunmuşdur.

    1994-cü ildən G.İmanova Bakı Musiqi Akademiyasının “Xor-dirijorluğu” kafedrasında ixtisası, eləcə də xor fənnlərinin tədrisi metodikasından dərs deyir, tələbə xoruna rəhbərlik edir.

    1996-cı ildən müsabiqə yolu ilə baş müəllim, 2000-ci ildən isə dosent vəzifəsinə keçmişdir.

    1996-cı ildən G.İmanova Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri vəzifəsində çalışır. Gürcüstanda Beynəlxalq xor festivalında yüksək səviyyədə çıxış edərək “Fəxri fərmanla” təltif olunmuşdur.

    Gülbacı İmanova 2000-ci ildə “Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi” fəxri adına layiq görülmüşdür. Həmin ildən G.İmanova Prezident mükafatçısıdır.

    2001-ci ildə o, dosent elmi adına layiq görülmüşdür. 2003-cü ildən G.İmanova müsabiqə yolu ilə ilə professor vəzifəsinə keçib.

    2005-ci ildə G.İmanova “Xalq artisti” Fəxri adına layiq görülmüşdür.

    2008-ci ildə G.İmanova müsabiqə yolu ilə “xor-dirijorluğu” kafedrasının müdiri vəzifəsinə seçilmişdir.