• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Babayeva Rasimə Əhməd qızı

    Professor, Əməkdar incəsənət xadimi, Əməkdar müəllim

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 01.10.1950.

    Təhsil: 1956-1968-ci illərdə Bülbül adına orta ixtisas məktəbində oxumuşdur. 1969-1973-cü ildə Üz.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano və orqan (Z.Cəfərovanın sinfi) sinifləri üzrə bitirmişdir. 1983-cü ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının assistent-stajorluğunu bitirmişdir.
    1988-ci il Moskva Dövlət Konservatoriyasının orqan ixtisası üzrə yarım il təcrübə keçmişdir. Pitsunda (1988) Riqa (1989), Alma-Ata (1989) Danimarka (1992), İsveç (1997, 2001), Hollandiya (1999) ölkələrində keçirdiyi ustad dərslərində iştirakçı olmuşdu və beynəlxalq sertifikatlarına layiq görülmüşdür.

    Pedaqoji fəaliyyəti: 1974-cü ildən Konservatoriyanın konsertmeyster, 1985-ci ildən Orqan və klavesin kafedrasında orqan üzrə müəllim, 1986-cı ildən baş müəllim, 1991-ci ildən dosent, 2002-ci ildən indiyədək professor vəzifəsində çalışır.

    Elmi fəaliyyəti: 1973-cü ildən M.Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyasının solisti, sonra isə AZKonsertin solisti, 1982-ci ildən Soyuz Konsertin və Dövlət konsertin solisti, keçmiş SSSR ərazisində olan bütün şəhərlərdə və xaricdə ilk azərbaycanlı orqan ifaçısı kimi ölkəmizi təmsil etmişdir. R.Babayeva Azərbaycan bəstəkarlarının orqan üçün yazılan bütün əsərlərinin təbliğatçısı, bir qisminin isə redaktorudur. O, 3 disk buraxıb və bir sıra Elmi- tədqiqat işlərin müəllifidir: 6 metodik iş, 7 dərs vəsaiti, 2 proqram və çoxlu köçürmələr.
    2007-ci ildə Əməkdar müəllim adını alıb.

    2016-cı il

    1. Ə.Yusifovaya həsr olunmuş yubiley konsertində iştirak- Kirxa 1 dekabr

    2017-ci il Antologiya II cildin işlənməsi

    2018-ci il

    1. 27 oktyabr- Şəmkir-100 illiyinə həsr olunmuş Konsert- İ.S.Bax- 2 xoral

    2. 7-8 noyabr festival-2 konsert- Mədəniyyət kanalı -(Azərbaycan bəstəkarlarının əsərləri,

    İ.S.Bax- 2 xoral

    2019-cu il

    1. 25 fevral- Orqan konserti Xocalı şəhidlərinin əziz xatirəsinə- İ.S.Bax- 2 xoral,

    X.Mirzəzadə- “Ağ və qara” 2 prelüd

    2. 27 iyun- Konsert- “Путеводные звезды” kitabı prezentasiyası- İ.S.Bax-Xoral, Q.Yonq- Prelüd klassik tərzdə, F.Bədəlbəyli – Prelüd Niyaziyə həsr olunmuş

    3. 21 sentyabr- Orqan 55 il- С.Авраменко

    4. 27 iyun- “Путеводные звезды” kitabı prezentasiyası Konsert- Kirxa

    5. 26 oktyabr- Пленум к. Зиторов-Х.Абдула, Юсифова А.

    6. 28 oktyabr- Orqan festivalının açılışı- Solo konsert- BMA Böyük Zal

    7. 5 noyabr- Orqan festivalı- Kirxa-İ.S.Bax- 2 xoral

    8. 5 dekabr- Orqan festivalının bağlanışı-M.Bossi konsert orkestr ilə-

    op.100 a-moll, dirijor C.Tağızadə

    1. 2020-ci il Antaloqiya II cild “ Azərbaycan bəstəkarlarının orqan üçün yazdığı əsərləri”in hazırlığı.

    2. 2021-ci il Antalogiya I və II cild “ Azərbaycan bəstəkarlarının orqan üçün yazdığı əsərləri” çap olundu.