«Ulduzlar sönmur».
Ü.Hacıbəyovun «Koroğlu» operası haqqında radioveriliş. Verilişdə sənətşünaslıq doktoru, professor Zemfira Səfərova çıxış edir. Verilişin müəllifi Gülbəniz Hüseynova. Azərbaycan Dövlət Teleradio verilişləri Şirkətinin arxivi.
Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir.
Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.
Heydər Əliyev
Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.
Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi
əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.
Üzeyir Hacıbəyli
Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın
ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli
binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.
Qara Qarayev
Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.
O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.
İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...
Fikrət Əmirov
Ü.Hacıbəyovun «Koroğlu» operası haqqında radioveriliş. Verilişdə sənətşünaslıq doktoru, professor Zemfira Səfərova çıxış edir. Verilişin müəllifi Gülbəniz Hüseynova. Azərbaycan Dövlət Teleradio verilişləri Şirkətinin arxivi.
Radioverilişin müəllifi Zemfira Səfərova, sənətşünaslıq doktoru, professor, əməkdar incəsənət xadimi. Mətni diktor təqdim edir. Azərbaycan Dövlət Teleradio verilişləri Şirkətinin arxivi.
Ü.Hacıbəyovun «Arşın mal alan» musiqili komediyasının 90 illiyinə həsr olunmuş radioveriliş. Verilişdə sənətşünaslıq doktoru, professor Zemfira Səfərova çıxış edir.
Verilişin müəllifi Gülbəniz Hüseynova. Azərbaycan Dövlət Teleradio verilişləri Şirkətinin arxivi.
Mühazirəni təqdim edir: Bakı Musiqi Akakdemiyasının dosenti, sənətşünaslıq namizədi Cəmilə Həsənova.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ilk operası olan «Leyli və Məcnun» 1908-ci ildə yaranmışdır. Bu, həm Azərbaycanda, həm də bütün Şərqdə ilk opera idi. Bununla Ü.Hacıbəyov XX əsrin əvvəllərində Azərbaycanda pəşəkar bəstəkarlıq sənətinin təməl daşını qoydu.
«Leyli və Məcnun» Ü.Hacıbəyovun yaradıcılıq yolunun ilk mərhələsi, həm də musiqi sənətində fəth etdiyi ilk zirvə idi.
Mühazirəni təqdim edir: Bakı Musiqi Akakdemiyasının dosenti, sənətşünaslıq namizədi Cəmilə Həsənova.
Üzeyir Hacıbəyov misilsiz bəstəkar və böyük dramaturq olmuşdur. Onun yaratdığı «Ər və arvad» (1909), «O olmasın, bu olsun» (1910), «Arşın mal alan» (1913) komediyaları Azərbaycan mədəniyyət xəzinəsində Mirzə Fətəli Axundov və Cəlil Məmmədquluzadənin klassik komediyaları ilə bir cərgədə durur. Lakin Ü.Hacıbəyovun komediyalarının ən ümdə cəhəti ondan ibarətdir ki, sənətkar tükənməz yaradıcılıq qüdrəti sayəsində dramaturgiyanı musiqi ilə qovuşdurmağa nail olmuş və milli musiqili komediya janrının əsasını qoymuşdur.
© Copyright 2024 Bakı Musiqi Akademiyası