Ənənəvi musiqisi və müasir texnologiyalar kafedrası. Tarix
90 illik tarixə malik Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrası xüsusi əhəmiyyətə malikdir. Onun əsas vəzifəsi Musiqi Akademiyasında aparılan klassik musiqi təhsili çərçivəsində dərin köklərə malik, hər zaman milli bəstəkarlıq məktəbinin nümayəndələri üçün ilham mənbəyi olmuş xalq musiqisi, aşıq sənəti və muğamın incəliklərini tələbələrə aşılamaqdan ibarətdir. Kafedranın yaranması və təşəkkülü ilə bağlı bəzi məqamları çatdırmaq istərdik.