Qasımova Fidan Əkrəm qızı
Professor, SSRİ-nin Xalq artisti
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəhəri. 17.06.1947
Təhsil: Bülbül adına musiqi məktəbini bitirdikdən sonra 1966-cı ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş,eyni vaxtda iki ixtisas-skripka və vokal üzrə təhsil almışdır. 1974-cü ildə Moskva Konservatoriyasının aspiranturasını bitirib.
Pedaqoji fəaliyyəti: 1974-cü ildə Moskva Konservatoriyasının aspiranturasını bitirdikdən sonra Bakıya qayıtmış Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş,həmçinin Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamışdır. Onun bir çox tələbələri beynəlxalq müsabiqələrdə iştiraklar etmiş,diplom və laureatlara layiq görülmüşlər. Azərbaycanın (1983), SSRİ-nin(1988) Xalq artisti fəxri adlarına layiq görülmüş, Azərbaycan Dövlət Mükafatı laureatı (1984). 1992-ci ildən Türkiyənin İstanbul Dövlət Konservatoriyasının professorudu. Ulu ÖndərHeydər Əliyev tərəfindən“Şöhrət” (1997) ordeninə, cənab prezident İlham Əliyevin sərəncamı ilə isə “Şərəf” ordeninə (2010) layiq görülüb. 1990-cı ildən Bakı Musiqi Akademiyasının professorudur.
Elmi fəaliyyəti: 1973-cü ildə İsveçrənin paytaxtı Cenevrədə keçirilmiş vokalistlərin beynəlxalq müsabiqəsinin finalında C.Puççininin “Bohema” operasından oxuduğu Miminin ariyasının mükəmməl ifasına görə gümüş medala layiq görmüşdü.
1975-ci ildə Niderlandda keçirilən beynəlxalq müsabiqənin iştirakçısı olub, 1977-ci ildəİtaliyada musiqiçilərin C.Viotti adına müsabiqəsinin birinci mükafatına layiq görülüb. Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş ilk azərbaycanlı qadın müğənnidir.
2008-ci ildə“Besame mucho”adlı albomu buraxılıb. Böyük sənətkarın adı “Dünyanın 100 qadını”kitabına salınıb.
2016-cı ildə bu yüksək ada Azərbaycanın şöhrətli opera müğənnisi Fidan Qasımova layiq görülüb.