• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    Həsənova Nigar Nazim qızı

    Müəllim

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 8 may, 1985.

    Təhsili: 1992-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul olunub.
    2006-cı ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə, müəllimə vəzifəsinə işə qəbul olunub.
    2007-ci ildə Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirib, həmin il Azərbaycan Milli Konservatoriyasına magistr dərəcəsinə qəbul olub.
    2009-cu ildə bitirib. 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasına doktorant dərəcəsinə qəbul olub.

    Pedaqoji fəaliyyəti: Bu günə kimi Bülbül adına orta ixtisa musiqi məktəbində, konsertmeyster ustalığı sinfində müəllim vəzifəsində çalışır. 2015 ildə Bakı Musiqi Akademiyaında professor O.Abasquliyevin sinfində assistent - müəllim vəzifəsində çalışıb.
    Hal-hazırda Bakı Musiqi Akademiyasının Konsertmeyster ustalığı sinfində müəllim vəzifəsində çalışır.