• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Elanlar

    “Kamera musiqisi konsertləri seriyasi” 

     

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası yeni “Kamera musiqisi konsertləri seriyasi” proyektini həyata keçirir.

    Ardını oxu...

     “Tarix-nəzəriyyə” fakültəsi müsabiqə elan edir!

     

    Ü.Hacibəyli adina Bakı Musiqi Akademiyasinin rektoru, professor, Xalq artisti Fərhad Bədəlbəylinin yubileyi ilə əlaqədar olaraq tələbələr arasında yubilyara həsr olunmuş yazi işi müsabiqəsi keçirilir.

    Ardını oxu...

     Bakı musiqi akademiyası tələbələrinin nəzərinə!

     

    Azərbaycan Tələbə Kartı öz sahibinə Avropanın 37 ölkəsində 80 mindən çox və ölkəmizdə isə 200-dən artıq obyektdə 10 faizdən 55 faizədək endirimlər təklif edir. 

    Ardını oxu...

     Sibelius proqramında not yığımının tədrisi

     

    “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrası Sibelius proqramında iş üzrə əyani və distansion tədris həyata keçirilir. Tədris proqramı elə hazırlanmışdır ki, hətta xüsusi kompyuter biliklərinə malik olmayan musiqiçi Sibeliusun not redaktorluğu üzrə müstəqil və effektiv şəkildə işləyə bilər.

    Məşğələlərin növləri – fərdi və qrup şəklində.

    Ardını oxu...

     "Kitab sənəti” müsabiqəsində qalib gəlmiş Azərbaycan kitablarına diplomlar təqdim olundu

     

    Xəbər verdiyimiz kimi, 2017-ci ilin 5-6 iyun tarixində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən MDB-yə üzv dövlətlərin XIV Beynəlxalq "Kitab sənəti” müsabiqəsinin münsiflər heyətinin iclasında 11 adda Azərbaycan kitabı müsabiqənin əsas nominasiyaları üzrə qalib gəlmişdir.

    Ardını oxu...