• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Hüseynova Könül Qabil qızı

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri: Azərbaycan, Bakı şəh.

    Təhsil: 1998-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini fərqlənmə diplomu ilə bitirib. 1998-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano şöbəsinə qəbul olaraq, əməkdar müəllim, professor Y.Sabayevin sinfində təhsil alıb. 2002-ci ildə həmin təhsil ocağının bakalavr, 2004-cü ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib. 2004-cü ildə Bakı Musiqi Akademiyasının əyani aspiranturasına qəbul olur və təhsilini ən yüksək nəticələrlə tamamalayır. Daha sonra həmin təhsil ocağının assistent-stajorluq pilləsinə də daxil olaraq həmin bölməni ən yüksək nəticələrlə bitirir. 2008-ci ilin may ayında “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Fərhad Bədəlbəyli yaradıcılığının yeri və rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

    Pedaqoji fəaliyyəti: 2004-cü ildən Bakı Musiqi Akademiyasının “Konsertmeyster ustalığı” kafedrasında müəllim, 2008-ci ildə baş müəllim, 2010-cu ildən dosent vəzifəsində çalışır.

    2010-cu ildən həmçinin, 1 saylı "İxtisas fortepiano" kafedrasında da fəaliyyət göstərir.

    Elmi və ifaçılıq fəaliyyəti: Təhsildəki uğurlarına görə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Fəxri fərmanı” ilə təltif olunub. K.Hüseynova, həmçinin 22 ç.v. həcmində "Musiqimizin Fərhadı" adlı monoqrafiyanın, "R.Şumanın "Şairin məhəbbəti" vokal silsiləsinin ifaçılıq xüsusiyyətləri" adlı dərs vəsaitinin, 25-dən artıq elmi məqalənin və 2 metodik vəsaitin müəllifidir.

    2007-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilmiş Elmi məqalələr müsabiqəsində diploma layiq görülmüşdür. Onun “Musiqimizin Fərhadı” adlı monoqrafiyası 2008-ci ildə Kitab Nominasiyası üzrə “Humay” Milli Mükafatına layiq görülmüşdür. Fərhad Bədəlbəyli yaradıcılığının bütün sahələrini əks etdirən, 2011-ci ilin 23 fevral tarixində təqdimatı keçirilmiş elmi saytın müəllifidir.

    R.Şumanın “Şairin məhəbbəti” vokal silsiləsi (2013) və R.Leonkovallonun "Məzhəkəçilər" operası (2015), layihələri (operanın bütünlüklə fortepiano müşayiəti və opera tamaşası qismində təqdimatı), general-mayor Yusif Axundzadənin 70 illik yubileyinə həsr olunmuş konsert, (26 may, 2016), Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsertin bədii hissə tərtibatçısı olaraq tələbələrinin də həmin konsertdə orkestrlə çıxışı (10 may, 2018), Qazaxıstanlı tələbələrin Bakı Musiqi Akademiyasında keçirilmiş konsert-layihələrinin təşkilində iştirak (23 noyabr, 2018), səhnələşdirilmiş konsert-tamaşa (24 dekabr, 2018),magistr tələbəsi-M.Arzumanzadənin Filarmoniya səhnəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə çıxışı (16 aprel, 2019) və b.işlər K.Hüseynovanın pedaqoji fəaliyyətinin ərsəyə gətirdiyi işlərdəndir.

    K.Hüseynovanın həyata keçirdiyi böyük layihələrdən biri də 27 may 2019-cu il tarixində Əməkdar incəsənət xadimi, professor Nailə İbrahimovanın əziz xatirəsinə həsr olunmuş “Azərbaycan konsertmeyster sənətinin inkişafında professor Nailə İbrahimovanın yeri və rolu” mövzusunda elmi-praktik konfransın təşkilatçılığı, konfrans çərçivəsində keçirilmiş konsertdə çıxışıdır. O, həmçinin N.İbrahimovanın həyat və yaradıcılığını əks etdirən və orada təqdimatı keçirilmiş “Qəlbimizdə yaşayan insan” sənədli filminin mətn müəllifi olaraqsəs, səsləndirilməsini də həyata keçirmişdir.

    K.Hüseynovanın vətənpərvərlik mövzusunda bəstəkarlıq fəaliyyəti nəticəsində yeni layihələri işıq üzü görmüşdür. 2020-ci ilin moyabr ayında şəhidlərimizə və müzəffər ordumuzun zəfərinə həsr edilmiş, söz və musiqinin özünə məxsus olduğu, Xalq artistləri Fidan Hacıyeva və Samir Cəfərov tərəfindən ifa olunan “Yenilməzsən Azərbaycan” layihəsinin klipi (rejissor Ülviyyə Könül) işıq üzü görmüşdür. Daha sonra sözləri Xalq şairi Vahid Əzizə məxsus, Gənclər mükafatçısı Atəş Qarayevin ifasında səslənən “Şəhidlik zirvəsində”, Xalq artisti Fidan Hacıyevanın ifasında üç əsər- “Şuşam mənim” layihəsi (rejissor N.Naiboğlu), Söz və mus.K.Hüseynovaya məxsus olan “Murov qartalı” (Aprel döyüşlərinin şəhidi, polkovnik-leytenant Raquf Orucova həsr olunmuş), söz.Ramiz Abdullayeva məxsus “Zəfərimiz” mahnılarını misal göstərmək olar.

    K.Hüseynovanın 50-dən artıq sinfinin məzunları Beynəlxalq və Respublika müsabiqələrinin laureatları adını qazanaraq ölkəmizin və dünyanın müxtəlif Ali və orta təhsil ocaqlarında fəaliyyət göstərməkdədirlər.