• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Mustafayeva Nazlı Tapdıq qızı

    Doĝum yeri vә tarixi: Azərbaycan, Naxçıvan şəhəri 14.05.1966

    Təhsil: 1981- 1985 -ci illərdə Fortepiano ixtisası üzrə Naxçıvan orta ixtisas musiqi məktəbi, 1985-1990-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Fortepiano fakültəsində təhsil almışdır.

    Pedaqoji fəaliyyət: 1985-cı ildən Naxcıvan şəhər musiqi məktəblərində və orta ixtisas musiqi məktəbində fortepiano üzrə müəllimə, 2004-cü ildən Ü.Hacıbəyli adına BMA-nın 2 № elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi, 2010-cu ildən  müsabiqə yolu ilə elmi işçi vəzifəsinə təyin olunmuşdur.

    Elmi fəaliyyəti:  2015-ci ildə BMA-nın dissertantura şöbəsinə qəbul olunub. “Xalq artisti Süleyman Ələsgərovun musiqili  səhnə əsərlərində operetta janrının üslub xüsusiyyətləri” adlı dissertasiya mövzusu üzərində işləyir. Müxtəlif jurnallarda məqalələri dərc olunub.

    Hal-hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqonalogiya və akustika” elmi  laboratoriyasıının elmi işçisidir.

    Laboratoriyasının elmi işçiləri