• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Qafarova Maya Aydın qızı

     Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

    Doğum yeri və tarixi: Qərbi Azərbaycanın Zəngəzur mahalı.,08.01.1964

    Təhsil: 1971-79-cu ildə Bakı şəhərində 44 saylı orta məktəbi və 6 saylı Uşaq Musiqi Məktəbini bitirib. 1979-1983-cü ildə A.Zeynallı adına Orta İxtisas Musiqi Texnikumunu (indiki Musiqi Kollecini ) bitirib.
    1985-1990–cı ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası, “Tarixi- nəzəriyyə fakültəsinin” Kamanca ixtisası üzrə bitirib.
    1994-cu il dissertanturaya daxil olub.2002-ci ildə “Bəstakar Suleyman Ələskərovun xalq çalğı alətləri üzrə yazdıgı əsərlər və onların interpretasiya xususiyyətləri” adlı dissertasiya mövzusunda işini Azərbaycan Dövlət İncəsənət Universitetitetində müdafiə edib. Elmi rəhbər: Azərbaycan Respublikasınln Xalq Artisti, sənətşunaslıq üzrə elimlər doktoru, professor Ramiz Fəzulla oğlu Zöhrabov.

    Pedaqoji fəailiyyəti: 1990-cı ildə BMA-da çalışmağa başlayıb. Əvvəl “Azərbaycan xalq çalğı alətlərinin dirijorluğu və orkestrləşdirilməsi” kafedrasında müəllim, 1998-cu ildə baş müəllimi, 2002-ci ildən isə “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasında dosent vəzifəsində işləyib.2012 –ci il həmin kafedrada musabiqə yolu ilə “professor” vəzifəsinə seçilib. 2013-cu ildə “Qədim musiqi alətlərinin bərpasi və təkmilləşdirilməsi” elmi laborotosiyasına müdir vəzifəsinə təyin edilib. 2018-ci ildən “Şifahi-ənənəli Azərbaycan professional musiqisinin tədqiqi və onun yeni istiqamətlərinin öyrənilməsi: orqanologiya və akustika” adlı elmi laboratoriyasında baş elmi işmi vəzifəsində işləyir.

    Elmi fəaliyyəti:
    1. “Bəstəkar Süleymanov Ələsgərov və xalq çalğı alətləri orkestri”. Dərs vəsaiti. Bakı. ADPU – nəşriyyatı. 226 səh.
    2. “S.Ələsgərovun tar ilə xalq çalğı alətləri orkestri üçün 1 saylı konserti və onların dirijorluq təfsirinə dair” Metodiki tövsiyyələr. Bakı. “Mars-Print”- 2003. 29 səh.
    3. “S.Ələsgərovun xalq çalğı alətləri orkestri üçün “Sözsuz mahnilar” və onların dirijorluq təfsirinə dair. Metodiki tövsiyyələr.Bakı.“Mars-Print”-2003.24səh.
    4. “Şur muğam dəstgahının nota yazılmasına dair”. Metodik tövsiyyələr Bakı ADPU-mətbəəsi.Səh.16.
    5. “Milli musiqi alətlərinin bəzi tədqiqat aspektləri”. Metodik vəsait. Bakı ADPU- mətbəəsi. 35 səh.
    6. “Yaylı-rübab” adlı qədim musiqi aləti bərpasının müəllifidir. Əsərin qeydiyyatı haqqında Şəhadətnamə № 9097Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi.
    7.“Yaylı-qopuz”
    9. 15 elmi məqalənin müəllifidir.
    Konfrans və simpoziumlarda iştirak edib:

    İctimai fəaliyyəti: Yeni Azərbaycan Partiyasının üzvüdür (2002-ci ildən).

     

    Laboratoriyasının elmi işçiləri