• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    İsayev Zeynal Fazil oğlu

     

    Doğum yeri və tarixi : Azərbaycan Respublikasının Salyan şəh., 28.11.1960

    Təhsil: 1977-ci ildə Bakı şəhəri 18 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olaraq 1982-ci ildə bitirib.

    Pedaqoji fəaliyyəti: 1982-ci ildə Azərbaycanın Neft Maşınqayırma sənayesində, 1984-cü ilə köçürmə yolu ilə Azərbaycan Hidrometeorologiya İdarəsində Atmosfer havasının mühafizəsi sahəsində, 1989-cu ildə “Ekoloq” kooperativinin sədri, 1991-ci ildən isə Səbayel rayonu Elmi Ekoloji mərkəzin direktoru vəzifəsində, 1994-cü ildən 2006-ci ilə qədər “Qamma-Servis” mətbəəsində İnformasiya və kommunikasiya sistemləri üzrə ekspert mühəndis vəzifəsində, 2006-cı ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında əvvəlcə “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi laboratoriyasında elmi işçi, sonra “Musiqi Akustikası” elmi-laboratoriyasında müdir, hal-hazırda isə yeni yaranmış elmi laboratoriyada böyük elmi işçi vəzifəsində çalışır.

    Elmi fəaliyyəti: Milli musiqi alətlərimizin səs dalğasının spektral analizi vasitəsi ilə onların akustik xarakteristikalarının öyrənilməsi ilə məşğuldur.
    Müasir elektron musiqi texnikasının və kompüter texnologiyalarının əsasları. I Tom. Musiqi Akustikası. Ali və orta ixtisas musiqi məktəbləri üçün dərs vəsaiti, “Letterpress” nəşriyyatı, B.,2009.360s.; Müasir elektron musiqi texnikasının və kompüter texnologiyalarının əsasları. II Tom. Elektroakustika və müasir elektron musiqi texnikası elementləri, Ali və orta ixtisas musiqi məktəbləri üçün dərs vəsaiti, “Elm və Təhsil” nəşriyyatı, B., 2010.184s.; Müasir elektron musiqi texnikasının və kompüter texnologiyalarının əsasları. III Tom. Kompüter texnologiyalarının musiqi yaradıcılığına tətbiqi. Ali və orta ixtisas musiqi məktəbləri üçün dərs vəsaiti. “Elm və Təhsil” nəşriyyatı, B., 2010.192s.; Müasir ifaçılıqda musiqi-texniki vasitələrin tətbiqinə dair” Metodik vəsait 140200 –“Solo oxuma” ixtisas fənni üzrə HS Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin nəşriyyatı, B., 2006. 95s. və 10-larla elmi məqalənin müəllifidir.
    Təsviri və dekorativ-tətbiqi sənət məsələləri №2(8) 2011-ci il tarixlı elmi jurnalda çap olunmuş “Musiqi alətləri haqqında ümumi akustik anlayış - azərbaycan qarmonunun akustikasına bir nəzər” adlı elmi məqalə, Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” əsərindəki kriteriyalar (Üzeyir Hacıbəylinin öz dili ilə desək:-”teorem və postulatlar”) əsasında azərbaycan musiqisinin analizini apara biləcək kompüter proqramının işlənib hazırlanma perspektivlərindən bəhs edən “Müasir informasiya texnologiyalarından istifadə etməklə Azərbaycan Xalq Musiqisinin akustik xüsusiyyətlərinin tədqiqinin bəzi istiqamətləri” adlı elmi məqalə, “Azərbaycan xalq çalğı alətlərindən biri olan tarın bəzi akustik xüsusiyyətləri və onun səs sırasının (yəni pərdələrinin) beynəlxalq fiziki vahidlər sistemində tezlik vahidi olan Herslərlə (Hz) ifadə olunması” adlı elmi məqalə, “Musiqi dünyası” elmi jurnalında çap olunmuş “Şərq musiqi alətləri üçün sabit stabil tonlar deyil, tonların 5-6 sent rəqsi səciyyəvidir” adlı elmi məqalə, habelə 10-larla digər elmi məqalələri çap olunub.
    Hal hazırda Cənubi Qafqazda ilk dəfə yaranmış Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasındakı səs udma kamerasında, milli musiqi alətlərimizin səs tərkibinin və akustik xarakteristikalarının spektral analiz vasitəsilə təyin olunması üzrə elmi-tədqiqatlar aparır.

    Laboratoriyasının elmi işçiləri