• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Rzayeva Mehbarə Almaz qızı

     Sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri və tarixi : Azərbaycan, Bakı şəh., 25.01.1975

    Təhsil: 1993 -1997-Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının "Tarixi -nəzəriyyə" fakültəsi bakalavr pilləsi, 1997-1999-musiqişünaslıq ixtisası magistr dərəcəsi,fərqlənmə diplomu, 2000-2016 ci illər Bakı Musiqi Akademiyasının dissertantı.

    Pedaqoji fəaliyyəti: 1996-2001- Soltan Hacıbəyov adına Musiqi texnukumunda nəzəriyyə fakultəsində ixtisas fənnlər üzrə müəllim, 2000-2002-Rəsid Behbudov adına musiqi məktəbində müəllim, 2001- ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında elmi işçi, 2017-ci ildən boyük elmi işçi vəzifəsində çalışir.

    Elmi fəaliyyəti: 2016-cı il 29 aprel tarixində sənətşünaslıq üzrə fəlsəfə doktoru adını almaq üçün “Tofiq Quliyevin musiqi dili” adlı dissertasiya işini müdafiə etmış və 05.10.2017–cı ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın sənətşünaslıq üzrə fəlsəfə doktoru diplomunu almışdır.
    Ölkədə və ölkədən kənar elmi jurnallarda bir sıra məqalələri çap olunub,
    Respublikada və Respublikadan kənar konfrans və simpoziumlarda çıxış etmişdir.

    Tədris ədəbiyyatı: "Tofiq Quliyevin yaradıcılığında melodik xüsusiyyətlər" - Dərs vəsaiti - "SkyE" nəşriyyatı -Bakı 2018, 200 səh.

    Laboratoriyasının elmi işçiləri