Nəsirova Fidan İrza qızı
Doğum tarixi: Azərbaycan, Bakı şəh., 11.04.1974.
Təhsil: 1982-1992 - Bülbül adına orta ixtisas musiqi məktəbi musiqi nəzəriyyəsi ixtisası üzrə, 1993-1997 - bakalavr pilləsi üzrə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyası, 2000-2002 - Akademiyanın “Musiqişünas”lıq ixtisası üşrə magistr pilləsi, fərqlənmə diplomu.
Pedaqoji fəaliyyəti: 1996-cı ildə “Xüsusi fortepiano” kafedrasında, 1997-ci ildə 2 №-li “Qədim musiqi alətlərin bərpası və təkmilləşdirilməsi” adlı Elmi laboratoriyada laborant, 2002-ci ildən 1 №-li “Şifahi ənənəli Azərbaycan musiqinin və yeni istiqamətlərin tədqiqi” laboratoriyada kiçik elmi işçi, 2010-cu ildən isə müsabiqə yolu ilə elmi işçi vəzifəsində, 2001-ci ildən Ə. Bakıxanov adına 6 №-li, Niyazi adına 22 №-li Uşaq musiqi məktəbində, hal-haırda isə Bakı Xoreoqrafiya Akademiyasının nəzdində yerləşən Musiqi Kollecində müəllim (əvəsçi) vəzifəsində çalışır. Hal-haırda Ü. Hacıbəyli adına BMA-da 2017-ci ildən müsabiqə yolu ilə elmi işçi vəzifəsində çalışır.
Elmi fəaliyyəti: “Bəstəkar Zülfüqar Hacıbəyovun yaradıcılığında vokal-instrumental janrı” adlı 17.00.02- “Musiqi sənəti” ixtisası üzrə fəlsəfə doktoru dissertasiyası mövzusu üzərində işləyir. Mütəmadi olaraq elmi jurnallarda və dövrü mətbuatda məqalələr dərc etdirir.