• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Məmmədova Zümrüd Mövlud qızı

     Dosent, xalq artisti

    Doğum yeri və tarixi: 1954-cü il 18 apreldə Quba rayonunun II Nügədi ziyalı ailəsində anadan olmuşdur.

    Təhsili: Məmmədova Zümrüd Mövlud qızı 1976-cı ildə A. Zeynallı adına musiqi kollecinin “muğam” şöbəsini, 1983-cü ildə İncəsənət Universitetinin “Musiqili-komediya” aktyorluq fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.

    Fəaliyyəti və beynəlxalq müsabiqələr: 1978-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmiş, bir çox festivallarda lureat adına və I dərəcəli diploma layiq görülmüşdür. 1972-ci ildə “Turac təranələri” radio olimpiyasının qalibi, 1973 ildə V.L.K.S.M-ə “Lenin” adı verilməsinin 50 illiyi münasibəti ilə keçirilən festivalda I dərəcəli diploma layiq görülmüşdür. M.N.P-də və Moldoviyada keçirilən bir neçə festivalda laureat adını qazanmışdır. Vyetnamda (1982) “Xalqlar dostluğu” medalına, XO-Şİ-MİN şəhərinin fəxri vətəndaşlığına layiq görülmüşdür. Bağdadda (1998) “Babilistan” festivalında böyük uğur qazanmışdır. Azərbaycanın bütün rayon və kəndlərində konsertlərlə çıxış etmişdir. Bir çox xarici ölkələrdə, Yaponiya “Min-On” (İpək Yolu) festivalı-1989, Kanada, Fransa, İsrail, İngiltərə, Norveç, İsveç, Hindistan, Qırğızıstan, Almaniya, Hollandiya, Belçika, İtaliya, Şri-Lanka, Əfqanıstan, Əlcəzair (20 Ərəb, 15 Afrika ölkəsi) və s. möhtəşəm dünya səhnələrində Azərbaycan musiqisini və muğamlarımızı təbliğ etmişdir. Azərbaycan bayrağını ucaltmışdır.
    Fəxri adları: 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən”əməkdar artist”, 2003-cü ildə “xalq artisti” fəxri adlarına layiq görülmüşdür. Cənab İlham Əliyev tərəfindən fərdi təqaüdlə mükafatlandırılmışdır (2006).

    Pedaqoji təcürbə və iş yerləri: 1990-cı ildən başlayaraq bu günə kimi Müdafiə Nazirliyinin “Nümunəvi nəfəs alətləri” orkestrinin solistidir. İşində qüsursuz xidmətinə görə 10 ilin və 15 ilin tamamında medallarla təltif olunmuşdur.
    2000-ci ildən etibarən Mədəniyyət və İncəsənət Universitetinin dosenti olmuşdur və uzun illər burada pedaqoji fəaliyyətlə məşğul olmuş neçə-neçə gənc muğam ifaçıları nəsli yetişdirmişdir. Həmçinin 2000-ci ildən etibarən Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasında müəllim vəzifəsində çalışmaqdadır. Məmmədova Zümrüd Mövlud qızı işlədiyi müddətdə özünü peşəkar və tələbkar müəllim kimi göstərmişdir. Həmçinin 2014-cü ildən etibarən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi laboratoriyasında böyük elmi işçi vəzifəsində fəaliyyət göstərir. 2017-ci ildən “Mədəni Əlaqələrin İnkişafına Dəstək” ictimai birliyinin təsisçi və sədr müavinidir.

    Elmi fəaliyyəti: “Mədəniyyət dünyası- XIX” jurnalı “Milli musiqi mədəniyyətimizin inkişafında muğam məclislərinin rolu” məqalə səh.175,
    Mədəni Həyat jurnalı 2*2012 “Arif Babayev və Azərbaycan muğam sənəti” məqalə səh.32,
    Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri VIII Respublika elmi-praktiki konfransı-2009 “Xalq mahnılarında patriotik motivlər” səh 28.,
    Mədəni Həyat jurnalı 1*2012 “H.Hüseynovun muğam sənətinin inkişafı və təbliğində rolu” məqalə səh. 4,
    “Azərbaycan musiqi mədəniyyətinin inkişafında muğam məclislərinin rolu” metodik tövsiyə Bakı-2008,
    “Xanəndə Yaradıcılığında mahnı janrının əhəmiyyəti” metodik tövsiyə Bakı-2010,
    “Muğam sənətində ifaçılıq ənənələri” dərs vəsaiti Bakı-Mütərcim-2017,
    “ECSAC-2018”(Kipr) elmi-praktiki konfrans 12-14 oktyabr 2018
    “IV Uluslararası Müzik ve Dans Kongresi”(Bodrum) elmi-praktiki konfrans 16-18 oktyabr 2018

    Laboratoriyasının elmi işçiləri