• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Əhmədova Könül İldırım qızı

     

    Təhsil: 2006-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqişünaslıq” fakultəsinə daxil olmuş, 2010-cu ildə təhsilini bitirmiş, həmin ildə də Ü.Hacıbəyli adına BMA-da magistraturaya daxil olmuşdur. Həm bakalavr, həm də magistr pillələrini fərqlənmə diplomu ilə bitirərək, 2013-cü ildə Ü.Hacıbəyli adına BMA-da əyani, dövlət hesabına doktoranturaya qəbul olmuş, hal-hazırda “Azərbaycan bəstəkarlarının yaradıcılığında komik obrazların təcəssümü ” adlı elmi iş üzərində işləyir.

    Pedoqoji fəaliyyəti: 2009-2016 –cı illərdə Humanitar Kollecdə musiqi tarixi və nəzəriyyəsi fənnlərindən dərs demiş, 2016- cı ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və yeni istiqamətlərin tətbiqi : Orqanologiya və Akustika” elmi laboratoriyasının elmi işçisidir. 2018-ci ildən Bakı Xoreoqrafiya Akademiyasında Musiqi nəzəriyyəsi kafedrasında dərs deyir.

    Elmi fəaliyyəti: Müxtəlif jurnallarda məqalələri dərc olunub. Dəfələrlə Respublika Elmi konfranslarda, Beynəlxalq Konfrans və Konqreslərdə çıxışları olub.

     

    Laboratoriyasının elmi işçiləri