• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Kazımova Bəsti Saleh qızı

     

    Doğum tarixi: 1967-ci il, 24 sentyabr tarixində Kürdəmir şəhərində doğulub.

    Təhsili: 1974-1984-cü illərdə 2 saylı şəhər orta təhsil, 1978-1984-cü illərdə isə 7 saylı uşaq musiqi məktəbini bitirmişdir. 1986-1990-cı illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indiki ADPU) musiqi fakültəsinin – “Fortepiano”  fakültəsini  bitirib .

    Elmi fəaliyyəti: 2014-cü ildən Ü.Hacıbəyli adına  BMA-nın “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi laboratori­yasında əvvəl kiçik elmi işçi, 2015-ci ildə isə müsabiqə yolu ilə elmi işçi vəzifəsinə təyin olunub. 2016-cı ildə BMA-nın dissertantura şöbəsinə qəbul olub.

    “Milli musiqi alətlərinin bəstəkarlarının əsərlərində istifadə yolları” adlı dissertasiya mövzusu üzərində işləyir. Hal-hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi laboratoriyasının elmi işçisidir.

    Elmi fəaliyyəti:

    Bir neçə məqalənin müəllifidir.

    Əlaqə telefonu: (050) 200-17-77

    E-mail:Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

    Laboratoriyasının elmi işçiləri