• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Abdullayeva İlahə Qismət qızı

     sənətşünaslıq üzrə fəlsəfə doktoru

    İlahə Qismət qızı Abdullayeva Bakı Musiqi Akademiyasının əməkdaşı, Azərbaycan Bəstəkarlar İttifaqının Katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mədəni Əlaqələrin İnkişafına Dəstək ib sədri, bəstəkar.

    İlahə Qismət qızı Abdullayeva 1993-cü ildə Bakı şəhərində anadan olub.

     1999-cu ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində “Fortepiano”, “Muğam ifaçılığı” və “Bəstəkarlıq” ixtisasları üzrə təhsil alıb. 2010-cu ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” ixtisası üzrə dahi bəstəkar Arif Məlikovun sinfində bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə başa vurub. Həmçinin ikinci ixtisas olaraq "simfonik orkestr dirijorluğu" üzrə təhsil alıb. Təhsil illərində “Qara Qarayev” təqaüdünə layiq görülüb.

    2016-cı ildə “Gülnaz Abdullazadənin bəstəkarlıq fəaliyyətinin əsas xüsusiyyətləri” adlı monoqrafiyası çap olunub. 2017-ci ildən Bakı Musiqi Akademiyasının doktorantı kimi fəaliyyət göstərib. “Azərbaycanın Şamaxı Bölgəsinin Ənənəvi Musiqisi” mövzusunda dissertasiya işini 22 oktyabr 2025-ci ildə uğurla müdafiə edib. Tədqiqat fəaliyyəti çərçivəsində Kipr, Türkiyə, Qətər və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda çıxış edib, çoxsaylı elmi məqalələrin müəllifidir.

    Bəstəkar kimi əsərləri ABŞ, İtaliya, Qazaxıstan, Türkiyə, Rusiya, Estoniya, Almaniya, İsrail və Gürcüstan da daxil olmaqla bir sıra ölkələrin səhnələrində səsləndirilib. Müxtəlif dövlərdə yerli və beynəlxalq müsabiqələrin qalibi olmuşdur. O, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Novus Via Music Festival və digər nüfuzlu festivalların iştirakçısı olub.

    Bəstəkar həmçinin  "Dədə Qorqud" və "Dəmir yumruq" baletlərinin müəllifidir.

    2014-cü ildən Bakı Musiqi Akademiyasının əməkdaşıdır.

    2017-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilib. 2019-cu ildə qurumun "Gənclərlə iş" Şöbəsinin sədri təyin olunub, daha sonra idarə heyətinin üzvü seçilib. 2026-cı ilin aprel ayından etibarən isə Azərbaycan Bəstəkarlar İttifaqının Katibi vəzifəsini icra edir.Sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

    Laboratoriyasının elmi işçiləri