• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    İsmayılzadə Nuridə Cəfər qızı

     Dosent,sənətşünaslıq üzrə fəlsəfə doktoru 

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəhəri 01.02.1959

    Təhsil:1966-1977 Bülbül adına orta musiqi ixtisas məktəbi, 1977-1982 -Ü.Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyası.
    “ Fortepiano” fakültəsi; Fərqlənmə diplomu.

    Pedaqoji fəaliyyət: 1983-1998 Bakı Məktəbəqədər Pedaqoji Texnikumu; 2001-ci ildən Ü.Hacıbəyli adına BMA-nın I № elmi-tədqiqat laboratoriyasında elmi işçi,2007-ci ildən böyük,2017-ci ildən baş elmi işçi, 2017-ci ilin 07.12 (müsabiqə yolu ilə) elmi laboratoriyanın müdiri vəzifəsində çalışırş

    Elmi fəaliyyəti: 2005-ci ildə namizədlik dissertasiyanın müdafiəsi, 2010-cu ildə dosent elmi adının alması, 2016-Milli konservatoriyasında Beynəlxalq konfrans, 2016-Slavyan Universitetində Beynəlxalq konfrans, 2018-İSME, 2018-Türkiyənin Bodrum şəhərində IV Uluslararası müzik və dans konqresi.

    Bir sira qəzet və jurnallarda 40-dan artıq məqalələri çap olunub.
    N.İsmayılzadənin dərs vəsaiti və monoqrafiyalarının siyahısı:
    1.Из истории aзербайджанской музыки.Традиции меценатства и просветительства.(dərs vəsaiti),B.,Нурлан,2008-254с.
    2.Rus musiqi tarixi (dərs vəsaiti),Б.,Mütərcim,2015-176s.
    3.Böyük maarifçi – Əfrasiyab Bədəlbəyli (dərs vəsaili), B., Elm və təhsil,2017-188s.
    4.Иса Бек Гаджинский. Страницы славной жизни.İsa bəy Hacınski. Şanlı ömrün səhifələr(monoqrafiya).B.,Elm və təhsil,2012- 268s.
    5.Müasirlərimiz: Həsən Ağa Adıgözəlzadə (monoqrafiya), B., Elm və təhsil, 2015-114s.
    6.На вершине науки-Гюльназ Абдуллазаде (монография).Б.,Elm və təhsil2017–272c.
    7.Азербайджано–Российские музыкальные связи (монография). Б., Мутарджим,2017-304с.

     

    Laboratoriyasının elmi işçiləri