• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    İsayeva (Hacıyeva) Sevda Kamil qızı

     

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 24.04.1963

    Təhsil: 1980-cı ildə Bakı şəhəri 12 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olaraq 1985-ci ildə bitirib.

    Pedaqoji fəaliyyəti: 1985- ci ildə o təhsil ocağını bitirərək, təyinat ilə Azərbaycan Hidrometeorologiya İdarəsində Atmosfer havasının mühafizəsi sahəsində, 1989-cu ildə “Ekoloq” kooperativində, 1991-ci ildən isə Səbayel rayonu Elmi Ekoloji mərkəzində, 1994-cü ildən 2006-ci ilə qədər “Qamma-Servis” mətbəəsində işləyib. 2010-cu ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Musiqi Akustikası” elmi-laboratoriyasında, hal-hazırda isə yeni yaranmış elmi laboratoriyada kiçik elmi işçi vəzifəsində çalışır.

    Elmi fəaliyyəti: Milli musiqi alətlərimizin səs dalğasının spektral analizi vasitəsi ilə onların akustik xarakteristikalarının, habelə səsin və musiqinin insan orqanizminə təsirinin öyrənilməsi problemləri uzrə elmi tədqiqat işləri aparır. 10-larla elmi məqalənin müəllifidir.

    Laboratoriyasının elmi işçiləri