• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Bayramova Nigar Ağaverdi qızı

     

     Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi laboratoriyasının elmi işçisi.

    Doğum yeri və tarixi: 1973-cü il 2 avqust tarixində Bakıda anadan olub.

    Təhsil: 1980-90-cı illərdə 125 saylı orta ümumtəhsil məktəbi və 19 saylı Uşaq Musiqi məktəbinin fortepiano sinfini bitirib. 1990-95-ci illərdə N. Tusi adına ADPU-nun musiqi fakultəsinin fortepiano sinfini (müəllim Pedoqoji elmlər doktoru, professor Jalə Qədimova) bitirib.

    Pedoqoji fəaliyyəti: 2010-cu ildən BMA-nın “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi”elmi laboratoriyasında kiçik elmi işçi, 2015-ci ildən isə elmi işçi vəzifəsində işləyir. Hal-hazirda “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqonologiya və Akustika” elmi tədqiqat laboratoriyasında elmi işçi vəzifəsini icra edir.

    Elmi fəaliyyəti :

    1. “Unududlmaz sənətkar” Harmoniya № 14 / 2016. harmony.musigi-dunya.az
    2. “Dövlət Mahnı və Rəqs ansamblında Qılman Salahovun fəaliyyətinə dair”, “Konservatoriya, №4, 2015, səh.90-96
    3. 22-23 noyabr 2018-ci il tarixində keçirilən “Doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransı”nın iştirakçısıdır.

    Laboratoriyasının elmi işçiləri