• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    "Akademik xalq və caz musiqisi" VI Respublika elmi-ifaçılıq müsabiqəsi.

     

    Məktəb-studiyanın 40 illiyinə həsr olunur

    "AKADEMİK, XALQ VƏ CAZ MUSİQİSİ"
    I BEYNƏLXALQ ELMİ-İFAÇILIQ MÜSABİQƏSİ

    Layihənin müəllifləri və bədii rəhbərləri –
    professor Tərlan Seyidov və dosent Elnarə Məmmədova

    Bakı Musiqi Akademiyası, 20 – 27 aprel 2020-ci il

    Təsisçilər:
    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
    BMA-nın “Xüsusi pedaqoji hazırlıq” kafedrası
    BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası

    Ə S A S N A M Ə

    1. "Akademik, xalq və caz musiqisi" I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi "Fortepiano", "Simli alətlər", "Nəfəs və zərb alətləri", “Vokal” nominasiyaları üzrə gənc musiqiçılər üçün keçirilir.

    2. Bu müsabiqə məktəb-studiyada əvvəlki illərdə keçirilən bütün elmi-ifaçılıq konfrans və müsabiqələri, festivalları özündə ehtiva edir və əsas metodik xətti əks etdirir. Müsabiqənin yeniliyi həm də ondadır ki, nominasiyalar sırasına blokfleyta aləti əlavə olunub. Vurğulanmalıdır ki, Rusiya musiqi məktəblərində nəfəs musiqi alətlərində tədris blokfleyta ifasının mənimsənməsindən başlanır. Blokfleyta eləcə də sərbəst alət kimi təqdim edilir. Blokfleyta aləti musiqi inkişafına yardım edir, yaddaşı və diqqəti artırır, həm də səhhətə (xüsusən də, nəfəs orqanlarının xəstəlikləri olan uşaqlara) müsbət təsir göstərir. Bu alət unikallığı ilə fərqlənərək bütün dünyada populyarlıq qazanmışdır.

    3. Bütün iştirakçılar göndərilmiş annotasiyalar əsasında seçiləcəklər.

    Qeyd: 1. “Nəfəs və zərb alətləri” nominasiyası üzrə iştirak edənlər bir əsərlərini blokfleytada ifa edə bilər.

    2. Blokfleyta alətində ifa edən iştirakçılar elmi hissədən (I tur) azad olunur.

    ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNİN MƏQSƏDLƏRİ

    1. Elmi-ifaçılıq müsabiqəsi bir layihə çərçivəsində musiqi incəsənətinin bütün əsas cərəyanları – akademik, xalq yaradıcılığı və caz üzrə əsərlərin ifa olunma bacarığının nümayiş etdirilməsi məqsədi daşıyır.

    2. Gənc musiqiçilərin ustalığının bütün yaradıcı aspektlərdən göstərilməsi, müxtəlif dövrlərin üslub və janrlarının mənimsənilməsi, milli Azərbaycan və müasir bəstəkar yaradıcılığı sahəsində dərin biliklərin nümayiş etdirilməsi.

    3. Elmi-ifaçılıq müsabiqəsi ifaçı-musiqiçiləri kompleks şəkilli tədrisi sistemində daha bir pillədir.

    ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNİN ŞƏRTLƏRİ

    1. Müsabiqənin hər bir iştirakçısı ifa edilən əsərlərə annotasiya (qısa məlumat) yazmalıdır, ikinci mərhələdə isə əsərlərin konsert ifası ilə çıxış etməlidir.

    2. Bütün notların sürəti (kseroks) sənədlərlər birlikdə göndərilməlidir. Azərbaycan xalq musiqisinin köçürülməsi və ya işləməsinin notunda isə məqam və mayə qeyd olunmalıdır.

    3. Müsabiqənin birinci və ikinci mərhələlərinin hər birində çıxış üçün ayrılan reqlament 8 – 15 dəqiqədir.

    4. Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilir. Mükafat yerlərini tutan qaliblər “I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi laureatı” adına layiq görülür. Diplom alan şəxslərə isə “I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi diplomantı” adı verilir.

    5. Münsiflər heyətinin qərarı həlledicidir: şikayət edilə və təkrar müzakirə ola bilməz.

    6. Müsabiqə laureatları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında yekun konsertdə iştirak edəcəklər.

    Qeyd: Müsabiqəyə hazırlıq dövründə Ustad-dərslər təşkil olunur.

    MÜSABİQƏNİN PROQRAMI

    İştirakçı üç əsər ifa etməlidir:
    1. Akademik musiqi janrında əsər (XVII – XX əsr);

    2. Azərbaycannın və yaxud öz ölkəsinin xalq musiqisinin köçürməsi və ya işləməsi;

    3. Caz üslubunda pyes.

    MÜSABİQƏNİN YAŞ QRUPU

    I yaş qrupu – 9 – 12 yaş
    II yaş qrupu – 13 – 16 yaş
    III yaş qrupu – 17 yaş və yuxarı

    Birinci mərhələ
    Müsabiqənin proqramına uyğun olaraq ifa edilən əsərlərə annotasiya (qısa məlumat) yazılmalıdır. Yazılan annotasiyaların mətni əsərin obraz-emosional məzmununun açıqlanması, eləcə də şəxsi qavranılıb anlanılması aspektləri daxil etməlidir.
    Azərbaycan xalq musiqisinin köçürülməsi və ya işləməsinin məqam və mayəsi qeyd olunmalıdır.

    Qeyd: “Nəfəs və zərb alətləri” nominasiyası üzrə iştirak edənlər tam proqramı və ya onun bir hissəsini blokfleytada ifa edə bilər.

    İkinci mərhələ
    Birinci mərhələdə təqdim olunan əsərlərin konsert ifası (əzbər).

    Qeyd: Blokfleyta alətində ifa edən iştirakçılar elmi hissədən (I tur) azad olunur.

    ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNƏ
    TƏQDİM OLUNACAQ SƏNƏDLƏR

    1. İştirakçının özünün və ya təhsil müəssisəsinin ərizəsi (ifa olunan əsərlərin adı, yazıldığı dövr və səslənmə müddəti), ünvan, telefon, e-mail.

    2. Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti.

    3. 4x5 ölçüdə rəngli foto şəkil.

    4. Müsabiqədə ifa olunacaq əsərlərə annotasiyalar.

    5. Bütün notların sürəti (kseroks) sənədlərlə birlikdə göndərilməlidir. Azərbaycan xalq musiqisinin köçürülməsi və ya işləməsinin notunda isə məqam və mayə qeyd olunmalıdır.

    6. Bir nominasiyada iştirak etmək üçün təşkilati ödəniş 10 manatdır. Ödəniş Bakı Musiqi Akademiyasının bank hesabına keçirilməli və müsabiqənin Təşkilat komitəsinə təqdim edilməlidir: AZ82AIIB38060019440137824102
    Vaxtında ödənişi etməyən iştirakçılar müsabiqəyə buraxılmayacaqlar. Müsabiqədə iştirak etməkdən imtina edən iştirakçıların ödənişi geri qaytarılmır.

    Qeyd: Annotasiyalar iki formada (elektron və çapdan çıxarılmış) təqdim olunmalıdır. Annotasiyaların üz vərəqəsində iştirakçı barədə aşağıdakı məlumatlar verilməlidir:
    – musiqi məktəbi, orta və ya ali musiqi müəssisəsinin adı;
    – soyadı, adı, atasının adı;
    – oxuduğu sinif, kurs;
    – ixtisası;
    – ifa olunan əsərlərin adı;
    – iştirakçının rəhbərlərinin (ixtisas və nəzəri fənlər üzrə müəllimlərin) soyadı, adı, atasının adı və imzaları;
    – təhsil müəssisəsinin vizası.
    Ədəbiyyat siyahısında kitabın müəllifı, adı, nəşriyyatı və nəşr olunan ili göstərilməlidir.

    ƏRİZƏ VERMƏNİN QAYDASI

    Sənədlər bu ünvanına təqdim edilməlidir: AZ 1014, Bakı, Şəmsi Bədəlbəyli küçəsi, 98, Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası. Sənədlərlə ərizə 29 fevral 2020-ci il tarixinədək göndərilməlidir.
    Telefon: (+99412) 4931917, (+99412) 5980194.
    E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.