• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    "Akademik, xalq və caz musiqisi" respublika festivalı

     

     

    Bakı Musiqi Akademiyası, 3 – 10 dekabr 2018-ci il

    Təsisçilər:
    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
    BMA-nın "Xüsusi pedaqoji hazırlıq" kafedrası
    BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası


    Ə S A S N A M Ə

    Respublika Festivalı "Fortepiano", "Simli alətlər", "Nəfəs və zərb alətləri", "Vokal" nominasiyası üzrə gənc musiqiçılər üçün keçirilir.


    FESTİVALIN MƏQSƏD VƏ İNNOVASİYASI

    1. Festival bir layihə çərçivəsində musiqi incəsənətinin bütün əsas cərəyanları – akademik, xalq yaradıcılığı və caz – üzrə əsərlərin ifa olunma bacarığının nümayiş etdirilməsi məqsədi daşıyır;
    2. Festival ifaçı-musiqiçilərin kompleks şəkilli tədrisi sistemində daha bir pillədir.


    FESTİVALIN ƏSAS ŞƏRTLƏRİ

    1. Festivalın reqlamenti 15 dəqiqəyə qədərdir.
    2. Butun notların surəti (kseroks) sənədlərlə birlikdə göndərilməlidir. Azərbaycan xalq musiqisinin köçürməsi və ya işləməsinin notunda isə məqam qeyd olunmalıdır.
    3. Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilir. Qaliblər "Akademik, xalq və caz musiqisi" Respublika Festivalının laureatı adına layiq görülür. Diplom alan şəxslərə "Akademik, xalq və caz musiqisi" Respublika Festivalının diplomantı adı verilir.
    4. Münsiflər heyətinin qərarı həlledicidir: şikayət edilə və təkrar müzakirə oluna bilməz.
    5. Festival laureatları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında yekun konsertdə iştirak edəcəklər.

    FESTİVALIN PROQRAMI

    İştirakçı üç əsər ifa etməlidir:
    1. Klassik musiqi janrında əsər (XVII – XX əsr);
    2. Azərbaycan xalq musiqisinin köçürməsi və ya işləməsi;
    3. Caz üslubunda pyes.

    FESTİVALIN YAŞ QRUPU

    I yaş qrupu – 9 – 12 yaş
    II yaş qrupu – 13 – 16 yaş
    III yaş qrupu – 17 yaş və yuxarı


    FESTİVALA TƏQDİM OLUNACAQ SƏNƏDLƏR

    1. İştirakçının özünün və ya təhsil müəssisəsinin ərizəsi (ifa olunan əsərlərin adı, yazıldığı dövr və səslənmə müddəti dəqiq göstərilməlidir), ünvan, telefon, e-mail.
    2. Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti.
    3. 13x18 ölçüdə 2 rəngli fotoşəkil.
    4. Qısa tərcümeyi-hal və yaradıcılıq xasiyyətnaməsi.
    5. Butun notların surəti (kseroks) sənədlərlə birlikdə göndərilməlidir. Azərbaycan xalq musiqisinin köçürməsi və ya işləməsinin notunda isə məqam qeyd olunmalıdır.


    ƏRİZƏ VERMƏNİN QAYDASI

    Festivalda iştirak etmək istəyənlər öz ərizələrini (bütün sənədlərlə birgə) Təşkilat Komitəsinin bu ünvanına təqdim etməlidirlər: AZ 1014, Bakı, Şəmsi Bədəlbəyli küçəsi, 98, Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası. Sənədlərlə ərizə 31 oktyabr 2018-ci il tarixinədək göndərilməlidir.


    Telefon: (+99412) 493-19-17, (+99412) 598-01-94.
    E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.