• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    “Jazzery Voices”

    İliya adına Tbilisi Dövlət Universitetinin estrada-caz fakültəsinin müəllimi, caz tədqiqatçısı, caz ifaçılığı və bəstəçiliyi üzrə fəlsəfə doktoru İrina Ebralidzenin caz vokal ifaçılığı üzrə “Caz standartları üzərində çalışmanın əsasları” mövzusunda ustad dərsi

    26 oktyabr - 06 noyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyinin Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr edilmiş  “Jazzery Voices” layihəsi baş tutacaqdır. Layihəyə yetkin və gənc nəsil ifaçılarının konsertləri, caz vokal ifaçılığı üzrə ustad dərsi, Elmi-yaradıcı Konfrans və Qala-konsert  keçiriləcəkdir.Konsertlər Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir.

    1 noyabr tarixində saat 13.00-də Ü.Hacıbəyli adına BMA-nın Q.Qarayev adına Konfrans zalında İliya adına Tbilisi Dövlət Universitetinin estrada-caz fakültəsinin müəllimi, caz tədqiqatçısı, caz ifaçılığı və bəstəçiliyi üzrə fəlsəfə doktoru İrina Ebralidzenin caz vokal ifaçılığı üzrə “Caz standartları üzərində çalışmanın əsasları” mövzusunda ustad dərsi keçiriləcək. Ustad dərsdə Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və b. tədris müəssisələrinin tələbələri iştirak edəcəkdir.