Operalar
«Leyli və Məcnun» operası
Ü.Hacıbəylinin ilk operası. 1907 ildә yazılmış, 1908 il yanvarın 25-dә Tağıyev teatrında ilk tamaşası olmuşdur. İlk redaktәdә әsәr 5 pәrdә vә 6 şәkildә, sonrakı quruluşlarda 4 pәrdә, 6 şәkildә idi. "L. vә M."-la Azәrb. musiqi mәdәniyyәti tarixindә yeni bir dövr açılmış, eyni zamanda müsәlman Şәrqindә opera janrının әsası qoyulmuşdur. Opera M. Füzulinin eyniadlı poemasının motivlәri әsasında yazılmışdır. Librettonun müәllifi H.-dur. O, poemanın әsas ideya mәzmununu, şerlәrini olduğu kimi saxlamış, eyni zamanda orta әsr Şәrq alәminin ziddiyyәtli müһitini daһa qabarıq vermişdir. Belәliklә H. keçmişin obrazları vasitәsilә yaşadığı dövrün gәrgin inkişafı ilә seçilәn demokratik proseslәrini açıb göstәrmişdir.
I pərdə. Giriş
I pərdə. Xor "Şəbi hicran"
I pərdə. Qızlar xoru "Bu gələn yara bənzər"
III pərdə. Leyli və İbn Səlamın dueti
«Koroğlu» operası
Ü.Hacıbəylinin operası. Bәstәkarın yaradıcılığında kulminasiya mәrһәlәsi olan "K." dünya klassik operaları sırasında parlaq nümunәlәrdәn biridir. 5 pәrdәli bu operanın libretto müәlliflәri H. İsmayılov vә M. S. Ordubadidir. Librettonun yaradılmasında H. fәal iştirak etmişdir. H. opera üzәrindә 1932—36 illәrdә işlәmiş, ilk tamaşa 1937 il aprelin 30-da AOBT-nda olmuşdur. Azәrb.-da, ümumiyyәtlә Zaqafqaziyada, Orta Asiya, Türkiyә vә İranda geniş yayılmış "K." xalq dastanı operanın süjet әsasını tәşkil edir. Operanın musiqisindә Azәrb. xalqının tarixi taleyi, xarakteri, psixologiyası, bütövlükdә dünyagörüşü әksini tapmışdır. "K." tipik xalq qәһrәmanlıq dastanıdır. "K."-da opera sәnәtinә xas bütün әlamәtlәr bәstәkarın milli musiqi tәfәkkürü süzgәcindәn keçәrәk kamillik sәviyyәsindә yaradılmışdır.
I pərdə. Uvertyura
I pərdə. Nigarın ariyası
II pərdə. Qızlar rəqsi
II pərdə. Həsən xanın ariyası
II pərdə. Nigarın ariyası
III pərdə. Koroğlunun ariozosu
III pərdə. Cəngi
IV pərdə. Xanəndə qızın mahnısı və rəqs
IV pərdə. Koroğlunun aşıq mahnısı
IV pərdə. Cəngi
V pərdə. Yekun səhnə, Koroğlu, Nigar və xalqın xoru