• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Ü.Hacıbəylinin virtual muzeyi

    Şuşada Ü.Hacibəylinin ev-muzeyi


    Şuşada Üzeyir Hacıbəyovun ev-muzeyi 1959-cu ildə yaradılmışdır və 1992-ci ilə kimi, Şuşanın erməni qəsbkarları tərəfindən işğalına kimi fəaliyyət göstərmişdir. Üzeyir bəyin doğrulub boya-başa çatdığı bu ocağ Üzeyir musiqisini sevəndər üçün ziyarətgaha çevrilmişdi. Dünyanın müxtəlif yerlərindən turistlər də bu muzeylə zövq almışdır.

    Muzeydə Hacıbəyovlar ailəsinə məxsus ev əşyaları ilə yanaşı, Üzeyir bəyin şəxsi əşyaları, şəkilləri, kitabları, ona həsr olunmuş və muzeyə bağışlanmış kitablar ekspozistyada mühüm yer tutmuşdur.

    Ü. Hacıbəyovun anadan olmasının ildönümləri, yubileyləri muzeydə mütəmadi surətdə dövlət səviyyəsində qeyd olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyev dəfələrlə bu muzeydə olmuş, onun fəaliyyətini yüksək qiymətləndirmişdir. 1985-ci ildə Üzeyir Hacıbəyovun 100 illik yubileyi UNESKO tərəfindən geniş qeyd olunmuş, dünyanın bir çox ölkəsindən gəlmiş qonaqlar Ü. Hacıbəyovun Şuşadakı ev-muzeyini ziyarət etmiş, burada böyük yubiley tədbirləri keçirilmişdir.

    1992-ci ilin may ayının 8-də Şuşa şəhərinin erməni təcavüzkarları tərəfindən işğalından sonra muzey fəaliyyətini dayandırmışdır. Ü. Hacıbəyovun Şuşadakı ev-müzeyinin direktoru Nəsibə Əliqızının fədakarlığı və Şuşa şəhər mədəniyyət şöbəsinin müdiri Zahid Abbasovun yaxından köməyi sayəsində muzeyin eksponatlarının işğal olunmasına, düşmən əlinə keçməsinə yol verilməmişdir. Muzeyin eksponatlarından şəxsən Ü. Hacıbəyova məxsus əşyalar Bakıya gətirilmişdir. Hal-hazırda onlar Ü. Hacıbəyovun Bakıdakı ev-muzeyinin fondlarında saxlanılır. Şuşadan gətirilmiş eksponatlar aşağdakilardan ibarətdir: Üzeyir bəyin şəxsi əşyaları, uşaqlığ papağı, kostyumu, eynəyi, paltosu, Qori seminariyasında çaldığı skripka, yazı ləvazimatı, mürəkkəbqabı, qələmdan, şəxsi albomu, şəkilləri, anası Şirinbəyin xanımın gəlinlik paltarı, Ü. Hacıbəyovun həyat və yaradıcılığına həsr olunmuş və muzeyə yadigar verilmiş kitablar. Bakıya gətirilən eksponatlardan ən dəyərlisi isə müzeyin həyətindəki Üzeyir bəyin çox sevdiyi armud ağacının dibindən götürülmüş bir ovuc Şuşa torpağıdır.

    Ü.Hacıbəyovun memorial ev-muzeyi