• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Ü.Hacıbəylinin virtual muzeyi

    Musiqili komediyalar

     

     «Arşın mal alan» musiqili komediyası

    «Arşın mal alan» musiqili komediya

    Ü.Hacıbəylinin üçuncü vә sonuncu musiqili komediyası. 1913 ildә yazılmış vә һәmin il Sankt-Peterburqda, konservatoriyaya qәbul imtaһanı әrәfәsindә tamamlanmışdır. Azәrb. сәmiyyәtinin o dövrki ailә-mәişәt münasibәtlәrinin tәnqidi, insanın mәnәvi azadlığı, Azәrb. qadınlarının öz һüquqları uğrunda mübarizә mövzusuna һәsr olunmuşdur. Librettosunu da H. özü yazmışdır. Müәllif müsbәt qәһrәmanları ön plana çәkir, köһnә feodal-taсir alәminin nümayәndәlәrini isә sanki "pәrdә" arxasında gizlәdir; bu nümayәndәlәr intuitiv olaraq gәnclәrin şәxsi azadlıq vә әsl ailә sәadәtinә can atmalarına һaqq qazandırır.


    «Arşın mal alan» not mətni«Arşın mal alan» musiqili komediyasıın fotoşəkilləri

    Giriş (baş mövzu, Arşın malçının çağırışı - leyttema)

    Əsgərin ariyası

    Qızlar xoru

    Gülçöhrənin ariyası

    Asyanın mahnısı və rəqsi

    Vəli və Tellinin dueti

    Gülçöhrənin naləsi


     

    «O olmasın, bu olsun» musiqili komediyası

    «O olmasın, bu olsun» musiqili komediya

    Ü.Hacıbəylinin ikinci musiqili komediyası (1911). Bәstәkarın 19 әsrin sonu—20 әsrin әvvәllәri Azәrb. һәyatının, mәişәtinin qüsurlarını kәskin ifadә edәn 4 pәrdәli (әvvәlcә 3 pәrdәli idi) әsәridir. Burada muflislәşәn vә mәnәviyyatca düşgünlәşәn zadәganların xәsisliyi, pulun gücunә fanatik inamı ilә seçilәn varlı tacir zumrәsi ilә ittifaqa girmәk cәһdi inandırıcı tәsvir olunmuşdur.

    İnsanın mәnәvi azadlığı vә lәyaqәti uğrunda mubarizә aparan, pulun һökmranlığı vә sosial-mәişәt qayda-qanunları ilә barışmayan yeni nәslin numayәndәlәri «әski» cәmiyyәtә qarşı qoyulmuşdur. Әsәrdә musiqi müһüm dramaturji rol oynayıb, һadisәlәrin gedişatına fәal yardım göstәrir, qәһrәmanların xarakteristikasını dәrinlәşdirir. Buradakı mәnfi qәһrәmanlar arasında puluna görә «yuxarı» tәbәqәlәrin һörmәt bәslәdiyi tacir Mәşәdi İbad әsas obrazdır.


    «O olmasın, bu olsun» musiqili komediyasıın not mətni«O olmasın, bu olsun» musiqili komediyasıın fotoşəkilləri



    Giriş

    Rüstəm bəyin Gülnaz ilə dueti

    Rüstəm bəyin Məşədi İbad ilə dueti

    Məşədi İbadın, Sənəmin və Gülnazın triosu

    Qonaqların gəlişi

    Məşədi İbadın şikayəti

    Sərvərin Gülnaz ilə dueti

    Məşədi İbad

    Məşədi İbad və Sənəm