• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Məmmədova Şövkət Həsən qızı

    (18.04.1897, Tibilisi - 08.06.1981, Bakı)

    Müğənni, pedaqoq, musiqi ictimai xadim, professor (1949). İlk professional Azərbaycanlı qadın ifaçı (lirik koloratur soprano).

    SSRİ xalq artisti (1938). İki dəfə Lenin ordeni, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, “Şərəf nişanı” ordeni ilə təltif olunub. Azərbaycan Teatr Cəmiyyətinin ilk sədri olmuşdur (1945-1952).
    1911-ci ildə Z.Tağıyevin köməyi ilə İtaliyanın Milan şəhərinə vokal üzrə təhsil almış, daha sonra təhsilini Tbilisi musiqi məktəbində davam etdirmişdir. 1915-ci ildə Kiyev Konservatoriyasına daxil olmuşdur, 1917-1921-ci illərdə Kiyev Konservatoriyasında R.Qlierlə birgə verdikləri konsertlərdə Azərbaycan musiqisini təbliğ etmişdir.

    Azərbaycan Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921-ci ildə Violetta (C.Verdi “Traviata”) partiyasında çıxış etmişdir. 1948-ci ilədək fasilələrlə teatrın solisti olmuş, bir çox operalarda iştirak etmişdir. Onun təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumu (1923-1925-ci illərdə direktor olmuşdur) açılmış, not nəşriyyatı təsis edilmişdir. 1927-1929-cu illərdə ikinci dəfə Milana getmiş vokal üzrə D.Ambrozidən dərslər almışdır.

    1945-1981-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərmişdir. Q.Zaxarov, M.Maqomayev və başqaları onun tələbələri olmuşdular. Bir çox ölkələrdə solist kimi qastrol səfərlərində olmuşdur (Fransa, İtaliya, Rusiya, Gürcüstan, İran).

    Bakı Musiqi Akademiyasının nəzdindəki Opera studiyası Şövkət Məmmədovanın adını daşıyır.