• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Əliyev Sabir Hüseyn oğlu

    (09.05.1928, Bakı - 26.10.1983, Bakı)

    Violonçel ifaçısı, pedaqoq, metodist, professor. Azərbaycan Respublikasının Əməkdar artisti (1959), Xalq artisti (1972).

     
    S.Əliyev milli violonçel ifaçılıq sənətinin ən parlaq nümayəndəsidir. O, metodist kimi alətin spesifik xüsusiyyətlərini texniki imkanlarını inkişaf etdirmiş, eyni zamanda yüksək səviyyəli ifaçı olaraq solist və Azərbaycan Dövlət Simli Kvartetinin aparıcı musiqiçisi kimi geniş konsert fəaliyyəti ilə məşğul olmuşdur.

    Sabir Əliyev 1957-ci ildə simli kvartetin heyətində Moskvada keçirilən gənclərin və tələbələrin Ümumittifaq festivalının (qızıl medal), VI Beynəlxalq Festivalın (gümüş medal) laureatı olmuşdur.

    1951-ci ildən başlayaraq S.Əliyev ömrünün sonuna qədər Azərbaycan Dövlət Konservatoriyasında müəllim, 1960-cı ildən “Simli alətlər” kafedrasının müdiri vəzifəsində çalışıb. Professor Sabir Əliyevin yetirmələri onun qoyduğu milli violonçel ifaçılıq ənənələrinin davamçılarıdır.