Əliyev Azad
(13.03.1928, Bakı -17.08.1994, Bakı)
Violin ifaçısı, pedaqoq, professor. Azərbaycanın Əməkdar artisti (1959), Xalq artisti (1982).
Beynəlxalq müsabiqələr laureatı. Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.
A.Əliyev 1951-ci ildən həm solo ifaçısı, həm də Dövlət simli kvartetinin birinci violino ifaçısı kimi fəaliyyətə başlamış və 1952-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının “Skripka” kafedrasında müəllim vəzifəsində çalışmışdır.
Azad Əliyevin sənəti Azərbaycan violin ifaçılığı və məktəbinin ən parlaq mərhələsini təşkil edir. A.Əliyev Azərbaycan bəstəkarlarının violino üçün əsərlərinin ilk bənzərsiz ifaçısı və fəal təbliğatçısı olmuşdur. Onun Azərbaycan Teleradioasunun qızıl fondunda zəngin irsi qorunub saxlanılır.
A.Əliyev 1957-ci ildə simli kvartetin heyətində Moskvada keçirilən gənclərin və tələbələrin Ümumittifaq festivalının (qızıl medal), VI Beynəlxalq Festivalın (gümüş medal) laureatı olmuşdur.