• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Ağayeva Xurşid Həsəm bəy qızı

    (1906-1953)


    Musiqişünas, Əməkdar İncəsənət Xadimi

    1.Təhsil illəri: Pianoçu,ilk Azərbaycanlı musiqişünas qadın.


    2.Kafedra fəalliyyəti: 40-ci illərdən -1953. Azərbaycan dilində «Musiqi tarixi» fənnlərin tədrisi.


    3.Elmi və fəxri adlar: 1943-Azərbaycan SSR-nin Əməkdar İncəsənət Xadimi:


    4.Yaradıcılıq fəalliyyəti: Azərbaycan musiqişunaslığının təşəkkülü ,musiqi təhsili və mədəniyyətinin inkişafında əhəmiyyətli xidməti var. X.Ağayeva Ü.Hacıbəyliyə həsr olunan ilk monoqrafiyanın müəllifidir.


    1. «Ü.Hacıbəyli»(1955)
    2. «XIX əsr Azərbaycanda musiqi mədəniyyətinin qaynaqları» (bitməyən)