• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Abasova Elmira Әbdülһәmid qızı

     (10.01.1932, Bakı - 12.02.2009, Bakı)

    Musiqişünas, pedaqoq, musiqi-ictimai xadim, professor (1980).

     Azәrbaycanın әmәkdar inсəsənət xadimi (1967). Sәnәtşünaslıq namizәdi (1962), Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır.

    1955-ci ildәn ömrünün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasında dәrs demişdir, 1977-92-ci illәrdә Konservatoriyanın rektoru olmuşdur. Azәrbaycan Bәstәkarlar İttifaqının İdarə heyətinin katibi (1973-1990) olmuşdur.

    Elmi əsərləri əsasən Üzeyir Hacıbəylinin yaradıсılığının tәdqiqinә һәsr edilmişdir. Ü.Hacıbəylinin әsәrlәrinin musiqi-dramaturji vә üslub xüsusiyyәtlәri, onun simfonik metodu barәdә tәdqiqat aparmışdır. “Üzeyir Hacıbәyovun opera vә musiqili komediyaları” (1961), “Ü.Hacıbәyovun “Koroğlu” operası” (1965), “Üzeyir Hacıbәyov” (1975), “Üzeyir Hacıbәyov. Hәyat vә yaradıcılıq yolu” (1985) monoqrafiya vә mәqalәlәrin müәllifi, “Ü. Hacıbәyov” (1978) biblioqrafiyasının mәsul redaktoru olmuşdur.