• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Bağırova Şahnabat Zəkəriyyə qızı

    (25 noyabr 1936 – 19 iyun 2013)

    Əməkdar müəllim, dosent

    1954 – cü ildə Bülbül adına Orta ixtisas musiqi məktəbini fortepiano sinfi üzrə bitirib.

    1954 – 1956 cı illərdə Moskva Yüngün sənaye texnologiyası institunda təhsil alıb.

    1958 – ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix - nəzəriyyə fakultəsinə daxil olub və 1964 – cü ildə buranı bitirib.

    1963 – 1965 – ci illərdə musiqi nəzəriyyəsi kafedrasında laborant, saathesabı müəllim, 1965 – 2012 – ci ilə kimi kafedrada müəllim,
    1971 – ci ildən baş müəllim, 1992 – ci ildən dosent əvəzi, 1994 – 1996 – cı illərdə kafedra müdiri vəzifələrində çalışıb.

    2011 – ci ildə Əməkdar müəllim fəxri adı ilə təltif olunmuşdur.

    2013 – cü il iyunun 19 – da vəfat edib.

    Əsərlər: “Fikrət Əmirovun fortepiano miniatürləri” Cövdət Hacıyev – fortepiano üçün “Skertso”