• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Yaqubov Musa Səməd oğlu

     

    Dogum tarixi: 1964-cü ildə fevralın 9-da Füzuli şəhərində anadan olmuşdur.

    Təhsili. 1971-1981-ci illərdə Nəsimi adına orta məktəbdə təhsil almışdır.1981-ci ildə peşə məktəbinə daxil olmuşdur.1982-1984-cü illərdə ordu sıralarında xidmət etmişdir.1984-1993-cü illərdə Əhaliyə Məişət xidmətində musiqi alətləri ustası vəzifəsində çalışmışdır. 1994-1999-cu illərdə Bakı şəhərində İncəsənət Gimnaziyasında milli musiqi alətlərinin və bərpasında şagirdlərə dərs demişdir. 2002-2015-ci illərdə Azərbaycan Milli Konservatoriyasında milli musiqi alətlərin ustası vəzifəsində çalışmışdır. 2017-ci ildən Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasında usta vəzifəsində çalışır.

    Laboratoriyasının elmi işçiləri