21 aprel 2026-cı il
21 aprel 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Simli alətlər” kafedrasının baş müəllimi Bəxtiyar Axundovun açıq dərsi keçirildi.
Dərs zamanı B.Axundov tələbəyə fərdi yanaşaraq, melodik xəttin düzgün aparılmasına diqqət edib, dinamik işarələr, texniki çətin hissələr üzərində işlədi.
Təqdim olunan açıq dərsdə “İfaçılıq” fakültəsinin dekanı, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, Xalq artisti, “Simli alətlər” kafedranın müdiri, professor Şəhla İbrahimova, həmçinin Metodiki şuranın üzvü Bakı Musiqi Akademiyasının professoru Lalə Cəfərova da iştirak etmişlər.

