19 dekabr 2025-ci il
19 dekabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Nəfəs və Zərb alətləri” kafedrasının dosenti, Xalq artisti Şükür Səmədovun açıq dərsi keçirildi.
Dərs zamanı Ş.Səmədov tələbəyə fərdi yanaşaraq, melodik xəttin düzgün aparılmasına diqqət edib, dinamik işarələr, texniki çətin hissələr üzərində işlənildi.
Təqdim olunan açıq dərsdə Xalq artisti, kafedra müdiri, professor Yusif Axundzadə, kafedranın müəllim və tələbə heyəti, həmçinin metodiki şuranın üzvü, Bakı Musiqi Akademiyasının professoru, Lalə Cəfərova da iştirak etmişlər.

