15 dekabr 2025-ci il
15 dekabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının dosenti Yeganə Mustafayevanın açıq dərsi keçirildi.
Dərs zamanı Y.Mustafayeva öncə ifa olunacaq əsərin bəstəkarı və onun yaşadığı dövr haqqında məlumat verdi. Sonra tələbəyə fərdi yanaşıb, öz bilik və təcrübəsini bölüşərək, əsər üzərində texniki bacarıq qaydalarını işləyib, melodik xəttin düzgün aparılmasını izah etdi.
Təqdim olunan açıq dərsdə kafedra müdiri, professor Elnarə Məmmədova, kafedranın müəllim və tələbə heyəti, həmçinin Metodiki şuranın üzvü Bakı Musiqi Akademiyasının professoru Lalə Cəfərova da iştirak etmişlər.

